Accessibility links

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Sammiti keçirilir


Türkiyə prezidenti Rəcəp Təyyib Ərdoğan müsəlmanlar arasında ayrı-seçkiliyə son qoyulmasına həsr edilmiş və 30-dan çox ölkə başçısının iştirak etdiyi sammitə ev sahibliyi edir.

Ərdoğan quruma üzv ölkələri daha yaxın əməkdaşlığa çağıraraq, Qərb və Avropa ölkələrini terrorizmlə mübarizədə birliyə səsləyib. O, beynəlxalq ictimaiyyətə müraciət edərək, terrorist qruplaşmalara müqavimət göstərilməsini istəyib.

Terror təşkilatlarına qarşı mübarizədə tam qətiyyət tələb olunur

​Ərdoğan terrorçuların maliyyə qaynaqlarına mane olunmasının mühümlüyünü önə çəkib.

Türkiyənin dövlət başçısı Avropanın miqrant böhranının köklərinin araşdırılmalı olduğunu deyib. Prezident Qərbin terrorçu təşkilatlata dair ziddiyətli mövqeyini tənqid edib.

“Bu ikili mövqe bizi kədərləndirir. Terror təşkilatlarına qarşı mübarizədə tam qətiyyət tələb olunur. Qərb bizim xəbərdarlıqlara məhəl qoymur”-deyə Ərdoğan bildirib.

İslam Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edən yüksək səviyyəli qonaqlar arasında Yəmən və Suriyadakı münaqişələrə görə aralarında fikir ayrılıqları olan Səudiyyə Ərəbistanı kralı Salman və İran prezidenti Həsən Ruhani də var.

​Sammitdə Fələstin əraziləri, Liviya, Yəmən, Suriyadakı böhranlarla yanaşı Azərbaycan qüvvələri ilə ermənilər arasında zorakılıqların yenidən başlandığı Dağlıq Qarabağ məsələsinin müzakirə ediləcəyi gözlənilir.

Sammitin keçirildiyi müddətdə Türkiyə İslam Əməkdaşlıq Təşkilatının Misir nümayəndə heyətinə sədrliyi də öz üzərinə götürüb.

İstanbul zirvə toplantısında 33 ölkənin prezidenti də daxil ediməklə, 56 ölkədən nümayəndə heyəti iştirak edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG