Accessibility links

Türkiyənin Tuncəli şəhərində partlayış olub YENİLƏNİB


Partlayışın 7 əsgərin ölümünə səbəb olduğu deyilir

Türkiyənin şərqindəki Tuncəli şəhərində baş verən bomba partlayışının azı 7 əsgərin ölümünə səbəb olduğu xəbər verilir. Partlayışın bu gün təhlükəsizlik qüvvələrinə məxsus avtomobil keçdiyi zaman həyata keçirildiyi və avtomobilin sıradan çıxdığı deyilir.

Türkiyə mediasının yayımladığı xəbərdə partlayışdan sonra əmələ gələn tüstünün şəhərin üzərini bürüdüyü, təcili yardım maşınlarının hadisə yerinə çatdırıldığı deyilir.

Partlayışın məsuliyyətini üzərinə götürən olmasa da, hadisədə kürd yaraqlılarının əli olduğundan şübhələnilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG