Accessibility links

ABŞ-ın müdafə naziri Türkiyədədir


Birləşmiş Ştatalrın müdafiə naziri Ankaranı İraqın suverenliyinə hörmət etməyə çağırmaq üçün bu gün Türkiyəyə gedib. Aş Karter Türkiyənin yülsək səviyyəli siyasi və müdafiə rəsmiləri ilə görüşəcək.

Birləşmiş Ştatların müdafiə nazirinin Ankaraya səfəri Vaşinqtonun Mosulun İslam Dövləti cihadçılarından geri alma kampaniyası ətrafında narahatlıqların artdığı vaxta təsadüf edir.

Türkiyə İraqın ikinci böyük şəhəri uğrunda döyüşlərdə rolunu artırmaq isyəyir, lakin İraq dövləti Türliyənin hərbi müdaxiləsinə qarşı çıxır. Birləşmiş Ştatlar isə bunun iki ölkə arasında gərginliyin İŞİD-lə mübarizə səylərinə maneə yaradacağından narahatdır.

"Biz bundan əvvəl də hər kəslə İraqın İslam Dövləti ilə mübarizə kampaniyası zamanı bu ölkənin suverenliyinə hörmət edilməli olduğu barədə dəfələrlə danışmışıq"- deyə Karter müxbirlərə bildirib.

XS
SM
MD
LG