Accessibility links

ABŞ-da Türkiyə səfirliyi önündəki qarşıdurmada iştirak edənlər ittiham olunur


İki əslən türkiyəli Amerika vətəndaşı bu ilin əvvəli Türkiyə səfirliyi önündə mübahisədə iştirak etdiyinə görə Vaşinqton şəhər məhkəməsində onlara qarşı irəli sürülən ittihamları rədd edərək, günahkar olmadıqlarını deyib.

Hər iki şübhəli münsiflər məhkəməsinin keçirilməsini tələb edib.

Əksəriyyəti Türkiyə səfirinin təhlükəsizlik işçisi olan 18 nəfər mayın 16-ı səfirlik önündə etiraz aksiyası keçirən nümayişçilərə hücum etdiklərinə görə çox sayda zorakılıq ittihamları ilə üzləşir.

Qarşıdurma prezident Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Ağ Ev görüşündən sonra baş verib.

Amerikanın Səsinin Türkiyə xidməti tərəfindən videoya çəkilən görüntülərdə cangüdənlərin və Ərdoğanın tərəfdarlarının nümayiş keçirən kiçik bir qrupa hücum etdiyi nümayiş etdirilir.

Türkiyə səfirliyi iddia edir ki, Ərdoğanın cangüdənləri özlərini Türkiyənin PKK təşkilatı və Kürdüstan İşçi Partiyası ilə əlaqəsi olduğundan şübhələndikləri insanlardan müdafiə edirdi.

XS
SM
MD
LG