Accessibility links

İstanbulun su çatışmazlığı ilə üzləşəcəyi barədə xəbərdarlıq edilir


İstanbulun su çatışmazlığı ilə üzləşəcəyi barədə xəbərdarlıq edilir
please wait

No media source currently available

0:00 0:02:58 0:00

İstanbulun su çatışmazlığı ilə üzləşəcəyi barədə xəbərdarlıq edilir

Türkiyənin ən böyük şəhəri İstanbul ağır quraqlıqdan biri ilə üzləşir və hazırda şəhərdə iqlim dəyişikliyi səbəbilə rekord dərəcədə yüksək temperatur müşahidə olunur. Şəhərin su anbarlarından çoxu demək olar ki, boş olduğu üçün mütəxəssislər daha çox yağış yağmazsa, İstanbulun bir neçə həftə ərzində su çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.


İstanbulda vaxtilə dolu olan su anbarlarında indi ot bitir. Quru qışın ardınca rekord dərəcədəki yüksək temperaturlu yay şəhərin bir çox bəndlərini demək olar ki, boşaldıb.

İstanbulun Su və Kanalizasiya İdarəsi mütəmadi olaraq enən bənd səviyyələri barədə məlumatları yeniləyir və qorunma ehtiyacı barədə xəbərdarlıq edir.

Çərşənbə günü fövqəladə hallar üçün səylər və uzunmüddətli planlar elan edilib. İstanbul meri Əkrəm İmamoğlu iqlim dəyişikliyini günahlandırıb. "Dünya üçün ən böyük təhlükə iqlim böhranıdır. İqlim böhranı ilə mübarizə getdikcə daha da güclənməlidir".

Hazırda şəhərin ehtiyaclarını ödəmək üçün Türkiyənin Melen çayından İstanbula təxminən 200 kilometr məsafədən su vurulur.

İstanbulun özünəməxsus coğrafiyası bu səyləri çətinləşdirir. Boğaziçi su yolu İstanbulu Avropa və Asiya arasında bölərək, onun iki qitədə su təchizatını getdikcə daha da çətinləşdirir. İstanbul Su və Kanalizasiya İdarəsindən Tuğba Ölmez-Hancı: "Bizdə inteqrasiya olunmuş su idarəçiliyi var və Melen çayından suyu götürərək, onu Asiya hissəsindən Avropa hissəsinə köçürülməsi üçün
optimallaşdırma işləri aparırıq".

Asiya hissəsində əhali 35%, İstanbulun Avropa hissəsində isə 65% təşkil edir. Asiya hissəsində isə su mənbələri daha çoxdur.

Rəsmilər həddindən artıq su istifadəsinə qarşı mübarizə aparmaq üçün texnologiyaya müraciət edir. Sudan çox istifadə edənlər xəbərdarlıq mesajları alır, suyun təzyiqini azaltmaq üçün isə xüsusi klapanlar təklif olunur.

Lakin ekspertlər xəbərdarlıq edir ki, rekord temperatiur İstanbulun bəndlərində qalan suyun buxarlanmasını artırdığı üçün tezliklə yağış yağmasa şəhər üçün gec ola bilər. Türkiyə Hidropolitika Dərnəyindən Dursun Yıldız: "Onlar artıq sudan mümkün qədər səmərəli istifadə etməyi izah edib. Sentyabrın əvvəlində və oktyabrda kifayət qədər yağıntı olmasa, İstanbul Su Təchizatı İdarəsi sudan istifadə ilə bağlı bəzi nəzarət tədbirləri görəcək".

Rəsmilər İstanbulda suyu kəsməyəcəkləri barədə qərarlı olduqlarını və yağışların yağacağına ümid etdiklərini desələr də, su qıtlığının artdığını etiraf edirlər. Tuğba Ölmez-Hancı: "Problem olmadığını deyə bilmərəm, amma sizə dediyim kimi, yağışlar yağana qədər əlimizdən gələni etməyə çalışırıq."

Yağışların tez bir zamanda yağması İstanbulun meri İmamoğlu üçün də çox önəmlidir. Belə ki, müşahidəçilər deyir ki, o, gələn il yenidən seçilmək üçün mübarizə aparacağı və prezident Rəcəb Tayyib Ərdoğan administrasiyasının Türkiyənin ən böyük şəhərinə nəzarəti ələ keçimək qəyittətində olduğunu elan etdiyi bir vaxt, su kəsintisindən yayınmaqda qərarlıdır.

Forum

XS
SM
MD
LG