Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Salih Zəki Çolakın Azərbaycana səfəri başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər zamanı Salih Zəki Çolak Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi, eləcə də digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək. Bundan əlavə, o bir neçə hərbi hissəyə də baş çəkəcək.
Səfər noyabrın 20-də başa çatacaq.