Accessibility links

Türkiyə prezidentinin Bakı səfəri növbəti dəfə təxirə salınıb


Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 15-də Azərbaycana planlaşdırılan səfəri növbəti dəfə təxirə salınıb. Bu barədə Report Agentliyi məlumat yayıb.

Türkiyənin "Milliyet" qəzeti isə bildirir ki, prezident İlham Əliyev martın 13-də Ankara şəhərində baş vermiş terror aktından sonra qardaş ölkəylə həmrəylik nümayiş etdirərək, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısının Bakıda deyil, Ankarada keçirilməsini təklif edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın terrorla mübarizə məsələsində Türkiyə ilə həmrəylik nümayişinə görə təklifi qəbul etdiyi və bu jestinə görə Əliyevə təşəkkür etdiyi bildirilib.

Bu baxımdan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısının Ankarada keçiriləcəyi və prezident İlham Əliyevin Türkiyəyə səfər edəcəyi qeyd olunub.

Xəbərlə bağlı Azərbaycan prezidentinin administrasiyası hələ şərh verməyib.

Prezident Ərdoğan bu il fevralın 17-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak etmək üçün Azərbaycana gəlməli idi. Ancaq fevralın 17-də Ankarada hərbçilərin yataqxanası yaxınlığında törədilən terror aktı ilə əlaqədar səfər təxirə salınmışdı. Həmin qanlı hadisə nəticəsində 29 nəfər həyatını itirmiş, 61 nəfər yaralanmışdı.

Martın 13-də isə Türkiyənin paytaxtı Ankarada yenə terror aktı törədilib, 37 nəfər həlak olub, 125 nəfər yaralanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG