Accessibility links

“Media bütün fərqli fikirlərə açıq olmalıdır”, ekspertlər Mətbuat Şurasının müraciətinə münasibət bildirib


Azərbaycan qəzeti
Azərbaycan qəzeti

Azərbaycan Mətbuat Şurası Türkiyədə baş verənlərin işıqlandırılması ilə bağlı jurnalistlərə müraciət edib.

Sənəddə şuranın mediaya tövsiyələri də yer alır.

Mətbuat Şurası bildirir ki, indiki vəziyyətdə jurnalist peşəkarlığı Türkiyədə ictimai asayişin pozulmasına səbəb olmuş, ölkənin dövlətçilik ənənələrinin sarsıdılmasına yönəlmiş hər hansı hərəkətin, bu hərəkəti doğuran şəxs və şəxslərin heç bir halda Azərbaycan mediasında təbliğ edilməməsidir.

“Azərbaycan cəmiyyəti Türkiyədəki xalq-hakimiyyət birliyini müxtəlif beynəlxalq güclərin yaşadığımız coğrafiyadakı antimilli siyasətinə qarşı dirəniş və vəhdət modeli olaraq görür. Mediamızın məhz belə yanaşmanı təbliğ etməsi son dərəcə zəruridir”.

Azərbaycan qəzeti
Azərbaycan qəzeti

“Azərbaycan Mətbuat Şurası ölkə jurnalistlərinə müraciət edərək onları qardaş Türkiyədə baş verən hadisə və proseslərə münasibətdə həssas olmağa, Türkiyə xalqının iradəsini nəzərə almağa, Türkiyənin dövlət maraqlarını hakimiyyət çevrilişi cəhdi ilə təhdid edən terrorçu təmayülləri, terror əməllərini törədənləri, himayə edənləri hansısa formada müdafiə edəcək, müdafiə təsəvvürü yaradacaq təqdimatlardan uzaq durmağa çağırır” , sənəddə deyilir.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Media hüququ üzrə ekspert Ələsgər Məmmədl Mətbuat Şurasının Türkiyədə baş verənlərlə bağlı jurnalistlərə müraciətinə münasibət bildirərkən Turana deyib ki, media bu ölkədə baş verənlərlə bağlı obyektiv və tərəfsiz məlumat yaymalıdır.

“Media terorizmi dəstəkləyə və onu təbliğ edə bilməz. Baş verən hadisələrə münasibət bildirmək də medianın işi deyil”.

Ekspert hesab edir ki, Azərbaycan mediası Türkiyədə baş verənlərlə bağlı obyektiv və tərəfsiz məlumat yaymalıdır.

“Mətbuat Şurasının müraciətində dövlət çevrilişi cəhdi, terorçu təmayül və ya bu təmayülü dəstəkləyənlər ifadəsinin işlənməsi də münasib deyil. Çünki baş verənlərə qiyməti məhkəmələr verəcək”, o qeyd edib.

Elçin Şıxlı
Elçin Şıxlı

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı hesab edir ki, Mətbuat Şurasının müraciətini bir qədər də təkmilləşdirmək lazımdır.

“Jurnalıstlər ümumiyyətlə heç nə yazmasınlar?”, o ironiya ilə qeyd edib.

Media eksperti Xalid Ağaliyev deyib ki, ictimai-siyasi durumların gərgin olduğu dönəmlərdə jurnalist birliklərinin mediaya yönəlik tövsiyyələrdə bulunması doğal sayıla bilər.

Xalid Ağaliyev
Xalid Ağaliyev

“Ancaq nəzərə almaq lazımdır ki, biz hazırda hansısa qəzetin, telekanalın fəaliyyətini dayandırması kimi xoş olmayan olayları müşahidə edirik. Bunun fonunda hər hansı müraciət, tövsiyə “barmaq silkələnməsi” kimi də qəbul edilə bilər. Məncə, daha doğrusu o olardı ki, media belə durumlarda yararlana biləcəyi ümumi qəbul edilmiş tövsiyyələrə, kodekslərə sahib olsun. Hansı ki, azad mediaya sahib olan ölkələrdə belədir. Həmin ölkələrdə mediaya əlavə tövsiyyələr verməyə gərək olmur, media necə işləməli olduğunu özü yaxşı bilir. Təəəsüf ki, bizdə bununla bağlı çatışmazlıqlar çoxdur. Nəzərə alınmalıdır ki, medianın işi xəbərləmək, bilgiləndirməkdir. İstər gərgin durumlarda, istər normal durumlarda olsun, media bütün fərqli rəylərə açıq olmalıdır. Hər hansı tövsiyyə, müraciət medianı prinsiplərdən yayındırmaq, tərəfli olmağa yönləndirmək məqsədi daşımamalı, belə məzmunda olmamalıdır. Mətbuat ifadə azadlığı hüququnun əsas komponentidir. Bu hüquqsa mütləq deyil, öz çərçivəsi var. Mətbuatla istənilən davranış həmin çərçivəni daraltmağa xidmət etməməlidir”, Ağaliyev qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG