Accessibility links

Azərbaycan "Anadolu Qartalı - 2016" beynəlxalq təlimində iştirak edir


Azərbaycanla Türkiyə arasında hərbi təlimlər başlayıb ( Foto Anadolu Ajanslığı)
Azərbaycanla Türkiyə arasında hərbi təlimlər başlayıb ( Foto Anadolu Ajanslığı)

Türkiyənin Konya şəhərində “Anadolu Qartalı – 2016” beynəlxalq təlimləri keçirilir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, mayın 30-da başlayan təlimlərdə 7 ölkənin (Türkiyə, Azərbaycan, Avstraliya, Niderland, İtaliya, Pakistan və Səudiyyə Ərəbistanı) quru qoşunları, hərbi hava və hərbi dəniz qüvvələri bölmələri, o cümlədən NATO qərargahının nümayəndələri iştirak edir. Azərbaycan təlimlərdə Hərbi Hava Qüvvələrinin 3 pilotu ilə təmsil olunur.

Plana uyğun olaraq real müharibə şəraitinə yaxın təşkil edilən təlimdə iştirakçıların bilik və bacarıqlarının səviyyəsi yoxlanılacaq, eləcə də təcrübə mübadiləsi həyata keçiriləcək.

Təlim iyunun 10-dək davam edəcək.

Xatırladaq ki, Azərbaycan "Anadolu qartalı-2015/1" adlı hərbi təlimlərdə ötən il müşahidəçi qismində iştirak etmişdi.

XS
SM
MD
LG