Accessibility links

ABŞ-ın Türkiyədəki səfirliyi təhlükəsizlik səbəblərinə görə fəaliyyətini məhdudlaşdırır


ABŞ-ın Türkiyədəki səfirliyi təhlükəsizliyə qeyri-məyyən hədələrlə əlaqədar olaraq fəaliyyətinin məhdudlaşdırıldığını bildirib.

Bazar ertəsi yaydığı bəyanatda ABŞ-ın Ankaradakı səfirliyi viza müraciətləri ilə bağlı qəbullar da daxil olmaqla, ictimai xidmətlərin bazar ertəsi və çərşənbə axşamı təxirə salındığını və başqa vaxtlara təyin olunacağını bildirib.

Səfirlik ABŞ vətəndaşlarını bu günlər səfirlik binasına gəlməməyə çağırıb.

ABŞ səfirliyi bildirib ki, təhlükəsizliklə bağlı vəziyyət dəyişdikdə səfirliyin iş cədvəli də dəyişə bilər.

Keçən həftə ABŞ-ın İstanbuldakı konsulluğu İslam Dövləti qrupunun mümkün hücumu ilə bağlı kəşfiyyat məlumatlarından sonra xəbərdarlıq vermişdi.

XS
SM
MD
LG