Accessibility links

Türkiyədə 33 poliş işçisi saxlanıb


Türkiyə 33 polis işçisini yeni prezident Rəcəb Tayyip Ərdoğanı hökumətini devirməkdə ittiham edir.

Rəsmilər Türkiyə boyu 16 şəhərdə aparılan reyd zamanı 20 polisi saxlayıb. Saxlananlardan biri sabiq saxtakarlıq əleyhinə idarəsinin rəisi Yaqub Sayqılı olub.

Bu, iyul ayından bəri hökumətin həyata keçirdiyi dördüncü reyd dalğasıdır. Hökumət reydləri təhlükəsizlik qüvvələri tərkibində "paralel dövlət" adlandırdığı əməliyyat çərçivəsində keçirdiyini bildirir. Polislər cənab Ərdoğan da daxil olmaqla yüzlərlə adamı dinləməkdə ittiham olunur.

Xatırladaq ki, Rəcəb Tayyip Ərdoğan prezident seçiləndən sonra Ahmet Davutoğlu baş nazir təyin edilib. Davutoğlu hökuməti devirməyə çalışanlara qarşı kampaniyanın davam edəcəyinə söz verib.

Cənab Ərdoğan ABŞ-da yaşayan ruhani lider Fətullah Güləni öz şəbəkəsindən istifadə edərək hakimiyyəti devirməkdə ittiham edir. Fətullah Gülənin polis və Türkiyənin başqa institutlarında təsir gücünün olduğu ehtimal edilir.

XS
SM
MD
LG