Accessibility links

Türkiyə 12 əsgərinin qətlindən sonra PKK-ya qarşı genişmiqyaslı əməliyyatlara başlayıb


Türkiyə 12 əsgərinin qətlindən sonra PKK-ya qarşı genişmiqyaslı əməliyyatlara başlayıb
Türkiyə 12 əsgərinin qətlindən sonra PKK-ya qarşı genişmiqyaslı əməliyyatlara başlayıb

Piyada birləşmələri və vertolyotlar üsyançıların mövqelərinə zərbələr endirmişlər

Türkiyənin hərbi vertolyotlarla döyüş zonasına aparılan elitar komandosları bu gün təşkil edilən əməliyyatlar zamanı İraqla sərhəddə bir qrup kürd üsyançısını mühasirəyə almışlar. Piyada birləşmələri və vertolyotlar üsyançıların mövqelərinə zərbələr endirmişlər. Bu əməliyyatlar PKK üsyançılarının dünən və ondan bir gün əvvəl İraq sərhədlərindən Türkiyəyə keçərək, 12 türk əsgərini qətlə yetirməsindən sonra həyata keçirilib. Əməliyyatın statusu barədə açıqlama verilməyib.

Türkiyənin ordu başçısı, general İlker Basbuq deyib ki, İraqın şimalındakı üsyançı mövqelərini müəyyən etmək üçün hərbçilər İsrailin istehsal etdiyi pilotsuz təyyarələrdən də istifadə edib.

Birləşmiş Ştatalar bu gün Türkiyədəki səfiri Ceyms Cefri vasitəsi ilə Ankaraya hər iki ölkənin düşməni olan PKK-ya qarşı mübarizədə ölkəsinin yardımını təklif edib.

XS
SM
MD
LG