Accessibility links

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Yunanıstana səfərdədir


Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Yunanıstana səfərdədir
Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Yunanıstana səfərdədir

Səfərin əsas məqsədi iqtisadi əməkdaşlığın müzakirəsi olacaq.

Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın Yunanıstana səfəri əsnasında polis iki bomba partlayışının səbəblərini araşdırmaq üçün təhqiqatlara başlayıb. Bombalardan biri cümə günü Yunanıstanın şimalında yerləşən Tessaloniki şəhərindəki məhkəmə zalında, digəri isə bir neçə saatdan sonra Afina yaxınlığındakı ölkənin ən böyük həbsxanasının yaxınlığında partlayıb.

Yunanistanda son günlərdə ölkənin iqtisadi baxımdan iflasa uğramasının qarşısını almaq və beynəlxalq istiqrazlarını qorumaq məqsədi ilə hökumətin götürdüyü sərt tədbirlərə qarşı etiraz nümayişləri olub. Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Yunanıstana ilk səfəri zamanı yunan həmkarı Corc Papandreu və prezident Karlos Papulias daxil olmaqla bir sıra digər yüksək yunan rəsmiləri ilə görüşəcək. Səfərin əsas məqsədi iqtisadi əməkdaşlığın müzakirəsi olacaq.

XS
SM
MD
LG