Accessibility links

Türkiyə parlamenti Kürdlərin həbs olunmasına dair terrorizm əleyhinə qanunun yumşalması haqda düzəlişi təsdiqləyib

Yeni islahatlara görə azyaşlı uşaqlar terrorizm əleyhinə qanunla ittiham olunmayacaqlar

Türkiyə parlamenti zorakılıq hərəkətlərində iştirak edən azlıq təşkil edən kürdlərə qarşı istifadə olunan terrorizm əleyhinə qanunun yumşalması haqda düzəlişi təsdiqləyib. Bu gün səhər təsdiq edilən qərar kürd üsyançılarını dəstəkləyən gənclərin etiraz aksiyası zamanı polisə daş atdıqlarına görə cəza şərtlərini azaldacaq. Türk mətbuatı bildirib ki, yeni islahatlara görə qanunsuz nümayişlərdə iştirak edən və təbliğat yayan uşaqlar terrorizm əleyhinə qanunla ittiham olunmayacaq. Azyaşlılar məhkəməsi onların məsələsinə baxacaq. Qanun eyni zamanda qanunsuz nümayişlərdə iştirak edənlərin cəza müddətini bir il yarımdan altı aya kimi azaldır. İnsan Hüquqları müdafiəçilərinin bildirdiklərinə görə yüzlərlərlə kürd yeniyetmə kürd üsyançılarına qarşı mübarizə aparan türk rəsmiləri tərəfindən təqiblərə məruz qalıb.

XS
SM
MD
LG