Accessibility links

Türkiyə ABŞ-a və Suriya hökümətinə xəbərdarlıq etdi [Video]


Türkiyə ABŞ-a və Suriya hökümətinə xəbərdarlıq etdi
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Türkiyə höküməti Birləşmiş Ştatlardan Suriyadakı Kürdlərə yardım etməyi dayandırmasını istəyib. Əlavə olaraq, ölkə rəsmiləri Dəməşqin Küdlərə yardım üçün hökümətmeyli qüvvələrin göndərilməsi qərarına cavab olaraq bildirib ki, Türkiyə kürdlərə kömək edən istənilən qüvvə ilə döyüşəcək.

Türkiyənin dəstəklədiyi Suriya üsyançıları Suriya-Türkiyə sərhədinə yaxın, Afrin ərazisində Kürd militantlarına qarşı hücumlar həyata keçirdiyi mövqeni nəzarət altına alıblar.

Suriyanın xəbər mediası bazar ertəsi bildirib ki, hökümət Türkiyənin dəstəklədiyini qüvvələrlə döyüşmək məqsədilə Kürdlərə dəstək üçün qüvvələr göndərəcək.

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu İordaniyaya səfəri zamanı müxbirlərə deyib ki, Türkiyə qüvvələri YPG-ni və ya PKK-nı müdafiə edən istənilən qüvvə ilə döyüşəcək.

Mövlut Çavuşoğlu, Türkiyə xarici işlər naziri: “Əgər rejim bura PKK-nı, YPG-ni təmizləmək üçün girərsə, problem yoxdur. Əgər rejim bura YPG-ni qorumaq üçün girirsə, Türkiyəni və türk əsgərini heç kim durdura bilməz.”

Türkiyə Suriya prezidenti Bəşəd Əsədin sərt opponentidir. Bununla bərabər, Suriyanın heç bir ərazisinə iddialı deyil. Ankara Kürd döyüşçülərini terrorist hesab edir və onları Türkiyə sərhədinə hədə kimi görür.

Birləşmiş Ştatlar Suriyada İslam Dövlətini məğlub etmək məqsədilə Kürdlərə silahlandırması Türkiyəni qəzəbləndirib.

ABŞ dövlət katibi keçən həftə Türkiyəyə səfəri zamanı NATO müttəfiqi ilə münasibətləri yaxşılaşdırmağa çalışıb.

“Bu andan etibarən biz birlikdə hərəkət edəcəyik. Biz yaranmış çətinliklərin səbəbləri aradan qaldırmaq istiqamətində birlikdə çalışacayıq.”

Tillersonun barışdıcırı sözlərinə baxmayaraq, Türkiyə bazar ertəsi Ankarada ABŞ səfirliyinin yerləşdiyi ərazidə küçənin adını dəyişərək, Suriyada həyata keçirdiyi hərbi əməliyyatların adını verib. Bununla bərabər yüksək vəzifəli Türkiyə rəsmisi ABŞ-a Mənbicdə Kürdlərin dəstəkləməsi ilə bağlı xəbərdarlıq edib.

Bekir Bozdağ, Türkiyə baş nazirinin müavini: “Əgər nəticə çıxmasa görüşlərdən, əlbəttə son sözü Türkiyə özü söyləyəcək. O zaman oradakı terroristləri, Afrindəki terroristləri necə təmizlədiksə, eyni cür təmizləyəcəyik. Ümid edirik ki, belə bir hərəkətə ehtiyac qalmadan, dialoq yolu ilə bu məsələ həll ediləcək.”

Kürdlər ərazidə İslam Dövləti üzərində qələbə əldə edəndən sonra Suriyanın şimalındakı digər şəhər Mənbici nəzarətə götürüb. Türkiyə Kürdlərin Fərat çayının qərbində yerləşən, ənənəvi olaraq Ərəblərə aid olan bu şəhərdən çıxmasını tələb edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG