Accessibility links

Türkiyədən ABŞ və Rusiyaya xəbərdarlıq: Suriyada kürdləri silahlandırmayın [Video]


Türkiyə Suriyada kürdlərin silahlandırılmamasına çağırır
please wait

No media source currently available

0:00 0:02:53 0:00

Rəsmi Ankara Birləşmiş Ştatlar və Rusiyanın Suriyada kürd qüvvələrinin silahlandırması ilə bağlı xəbərdarlıq edərək, onların Türkiyədə kürd terrorçuları ilə müttəfiq olduğunu bildirib. Birləşmiş Ştatlar Suriyada hava yolu ilə üsyançı qruplara hərbi yardımı çatdırıb. Qərb İslam Dövləti terrorçu qrupun genişlənməsinin qarşısını almaqda kürdləri müttəfiq hesab edir.

Birləşmiş Ştatların başçılıq etdiyi koalisiyanın hava hücumlarının dəstəyi ilə Suriyadakı kürd qüvvələri İslam Dövləti qrupunun döyüşçüləri üzərində üstünlük əldə edə bilib. ABŞ Suriyada üsyançılara hava yolu ilə hərbi yardım göstərib, lakin bunun hansı qruplara çatdırıldığını açıqlamayıb.

Türkiyə Suriyada kürdlərin silahlandırılmasına qarşı çıxaraq, onları Türkiyədə separatçı PKK ilə əlaqəsi olan terrorçular hesab edir.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Türkiyənin mövqeyinin Birləşmiş Ştatlar və Rusiyaya çatdırıldığını deyib. Onun sözlərinə görə, “bu, o deməkdir ki, Türkiyə ölkəyə qarşı müharibə aparan heç bir qrupla əməkdaşlığı qəbul edə bilməz.”

Lakin belə görünür Qərb və Suriyada küdrlərin liderləri olan PYD qrupu arasında müttəfiqlik əlaqələri güclənəcək.

London İqtisad Məktəbinin təhlilçisi Ranj Alaldin:”Onlar İŞİD-ə qarşı olduqca effektiv, Qərbsayağı dünyəvi bir qüvvə təşkil edir. Belə bir vəziyyətdə, Rusiyanın müdaxiləsi, münaqişənin daha mürəkkəb bir xarakter aldığı vaxt, fikrimcə, ABŞ və Qərb PYD-ni bir oyunçu olaraq saxlayacaq.”

Kürd komandirləri Röyters agentliyinə bildirib ki, onlar İslam Dövləti qrupunun öz paytaxtı elan etdiyi Raqqa şəhərinə hücum məqsədilə ərəb üsyançı qrupları ilə alyans yaradır.

London İqtisad Məktəbinin təhlilçisi Ranc Alaldin:”Onların İŞİD-i məğlub edib süquta yetirmək kimi ümumi məqsədi var. Amma uzun müddətli və daha geniş mənada bu qrupların bir arya gəlməsinə nikbinliklə baxmıram, çünki onlar əvvəllər bir–biri ilə qarşıdurma vəziyyətində olub.”

Etnik zəmində rəqabət o deməkdir ki, kürdlərin başçılığı ilə Raqqaya hücum porblematik ola bilər.

London İqtisad Məktəbinin Yaxın Şərq üzrə təhlilçisi Robert Lov:”Ərəblərin dominanat olduğu yerlərdə söhbət hətta İŞİD-in süqutundan getsə belə, şəhərlərə kürd yarı-hərbi dəstələrinin nəzarət etməsinə ciddi müqavimət göstəriləcək. Ona görə ki bu icmalar arasında dərin kök salmış gərginliklər mövcuddur.”

Türkiyə Suriyadakı kürd qruplarının Rusiyanın havadan dəstəyi ilə Fərat çayı boyunca qərb istiqamətində irəliləmək istədiyindən ehtiyat edir.

London İqtisad Məktəbinin Yaxın Şərq üzrə təhlilçisi Robert Lov:”Türklər Suriyanın kürdlər olan hissələrində azad şəkildə hücum təşkil etmək istəyir və indi bunu edə bilmirlər. Beynəlxalq qüdrətlərlə daha geniş alyans bunu çətinləşdirir, çünki onlar yerdə geniş dəstək alan qruplardan birini vura bilmir.”

Bu arada, Türkiyə Ankarada sülh yürüşü zamanı bomba hücumlarında PKK yaraqlıları və İslam Dövləti qrupunun terrorçularının əli olduğuna dair dəlilə malik olduğunu bildirib. Bir sıra kürd qruplar hücumun arxasında Türkiyə dövlətinin durduğunu bildirir. Türkiyə hökuməti bu iddianı qəti şəkildə rədd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG