Accessibility links

Türkiyənin Adana şəhərində partlayış törədilib


Rəsmilərin bildirdiyinə görə, Türkiyənin Adana şəhərində hökumət binasını hədəf alan avtomobilə yerləşdirilmiş bomba hücumu iki nəfərin ölümünə, 16-nın isə yaralanmasına səbəb olub.

Adanada vilayət qubernatoru Mahmud Dəmirtaş Anadolu Dövlət Xəbər Agentliyinə partlayışın onun ofisinin girişində, avtomobil parkında baş verdiyini bildirib.

Hücum bir ildən çox zamandır Türkiyədə həyata keçirilən silsilə bomba hücumlarının sonuncusudur. Hücumlar ya kürd yaraqlıları, ya da İŞİD qüvvələri tərəfindən həyata keçirilir.

“Bu lənətə gəlmiş terror bizim insanları hədəf almaqda davam edir. Biz bəşəriyyət naminə terrora qarşı sona qədər mübarizə aparacağıq” – deyə Avropa İttifaqı Məsələləri üzrə nazir Ömər Çelik tviterdə yazıb.

Video görüntüsündə partlayışdan sonra avtomobil parkında bir neçə maşının alovlandığı göstərilir.

Anadolu Agentliyi partlayışın hökumət binasını da zədələdiyini bildirib.

Şəhər meri Hüseyin Sozu yaralıların bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib.

Bundan əvvəlki hücumda Türkiyə rəsmiləri təhqiqata mənfi təsir edə biləcək videoların, qrafik şəkillər və ya məlumatların mətbuatda yayılmasına qadağa tətbiq etmişdi.

XS
SM
MD
LG