Accessibility links

Türkiyə 6 hüquq müdafiəçisini terrorçuluğa dəstək ittihamı ilə həbs edib


Türkiyə Amnesty International hüquq-müdafiə təşkilatının Türkiyə üzrə direktoru da daxil olmaqla altı insan haqları fəalını terrorçuluğa dəstək verməkdə təqsirləndirərək həbs edib.

Amnesty International-ın Avropadakı liderləri dünən təşkilatın Türkiyə əməliyyatları üzrə direktoru İdlib Eser və Almaniya və İsveçrənin insan haqları üzrə işçilərinin həbsini qınayıb.

Müxalifətçi qanunvericilər onlar barədə məhkəmənin ədalətli qərar çıxaracağını sual edib.

“Türkiyədə məhkəmə obyektiv və müstəqil olmaqdan çox uzaqdır. Ona görə də qeyri-obyektiv və müstəqil məhkəmə olmadan ədalətli dinləmələrin keçiriləcəyini düşünmək mümkün deyil” deyə Türkiyənin əsas müxalifət partiyası olan Respublika Xalq partiyasının qanunvericisi Sezgin Tanrıkulu bildirib.

ABŞ-da öz növbəsində həbsləri pisləyib.

“Az sayda dəlil və şəffaflıqla insanları ittiham etmək Türkiyədə qanunun aliliyini və insan hüquqlarını qorumaq öhtəçiliyini şübhə altına alır. Biz Türkiyə rəsmilərini ittihamları ləğv etməyə və həbs edilən şəxsləri azad etməyə çağırırıq” deyə Dövlət Departamentinin sözçüsü Hezer Nauert bildirib.

Türkiyə bu həftə qadağan saatını üç ay da artırıb.

Ötən il Türkiyədə baş vermis çevrilişə cəhddən bəri ölkədə 50 mindən çox insan həbs edilib.

XS
SM
MD
LG