Accessibility links

Türkiyə və Avropa İttifaqı arasında razılığa baxmayaraq miqrantlar Yunanıstana gəlməyə davam edir


Miqrantların Türkiyəyə geri göndərilməsi haqda əldə olunan beynəlxalq razılaşmaya baxmayaraq, Suriyadan olan yüzlərlə qaçqın beş ildir davam edən vətəndaş müharibəsindən qaçaraq Yunanıstana axışmağa davam edir.

Şahidlərin dediyinə görə Suriya, İraq və Əfqanıstandan olan təxminən 900 qaçqın bazar günü Yunanıstanın Egean adasına gəlib. Rəsmilər Suriyadan olan iki nəfərin qayıqda ölü tapıldığını bildirib. İki gənc qız isə Yunanıstanın Rodes adası yaxınlığında suda batıb. Qırmızı aypara cəmiyyətinin məlumatına əsasən Liviya sahillərində də doqquz miqrant ölü tapılıb.

Avropa İttifaqının Ankara rəsmiləri ilə cümə günü əldə etdiyi razılığa əsasən mart ayının 20-dən sonra Yunanıstana gələn suriyalı miqrantlar da daxil olmaqla bütün qaçqınlar qeydiyyatdan keçdikdən və mühacirət haqda müraciət etdikdən sonra geri göndəriləcək.

Yunanıstan ərazisinə bazar günündən əvvəl daxil olan miqrantlara münasibətdə isə əvvəlki qaydalar tətbiq olunacaq. Bu qaydalar Türkiyəyə göndərilən bir miqrantın müqabilində bir suriyalının Avropada məskunlaşmasını nəzərdə tutur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG