Accessibility links

Türkiyədə Bingöldə bomba partlayışı nəticəsində 2 polis işçisi həlak olub


Türkiyədə Bingöl vilayətində zirehli polis maşınının keçdiyi zaman avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində 2 polis işçisi həlak olub, 19 nəfər yaralanıb.

Təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, fəaliyyəti qadağan olmuş Kürdüstan Fəhlə Partiyası- PKK tərəfindən yerəşdirilmiş bomba yerli qubernatorun idarəsinin qarşısında partlayıb.

Yaralananlar arasında beş polis işçisinin olduğu bildirilir. Bomba partlayışından sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Hücumçuların ələ keçirilməsi üçün bölgədə əməliyyat başlayıb.

Doğan xəbər agentliyinin verdiyi məlumata görə, bomba partlayışından bir neçə saat öncə PKK yaraqlıları tüfənglər və raketatan qurğudan istifadə edərək, gecə qubernatorun evinə hücum həyata keçirməyə cəhd göstərib.

Yaraqlılardan ikisi evin qapısına gəlib, lakin polisin atəş açmasından sonra qaçıb.

Türkiyənin əsas etibarilə kürdlərin yaşadığı cənub-şərq bölgəsində keçən il hökumət və PKK arasında 2 dəfə yarım il müddətinə atəşkəsin pozulmasından sonra zorakılıqların artması müşahidə edilir.

Muxtariyyət əldə etməyə çalışan PKK Birləşmiş Ştatlar və Avropa tərəfindən terrorçu təşkilat kimi tanınır. PKK-nın 30 il bundan əvvəl silahlı zorakılıqlara başlamasından sonra münaqişə nəticəsində çoxu kürdlər olmaqla 40 mindən artıq insanın həlak olduğu bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG