Accessibility links

Türkiyədə terror hücumları


Türkiyənin şərqində polis bölmələri yaxınlığında üç fərqli şəhərdə baş vermiş bomba hücumu nəticəsində azı 6 nəfər həlak olub, 120 nəfər isə yaralanıb.

Avtomobilə yerləşdirilmiş ilk bomba hücumu Van əyalətində baş verib. Partlayış nəticəsində bir polis və iki mülkü vətəndaş həlak olub, 20 polis işçisidə daxil olmaqla onlarla insan yaralanıb.

Bir neçə saat sonra başqa bir hücum Elazığ polis bölməsinin həyətində baş verib. Avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində üç insan həlak olub, yüzdən çoxu isə yaralanıb.

Digər partlayış hadisəsi isə Bitlisdə baş verib. Yola yerləşdirilmiş bombanın partlaması nəticəsində altı əsgər həlak olub, beşi isə yaralanıb.

Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmasa da, rəsmilər hücumların kürd üsyançıların həyata keçirdiyini deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG