Accessibility links

Türkiyə: Çexiyanın Saleh Müslimi azad etmək qərarı "terrora dəstək"dir


Türkiyə hökuməti bildirib ki, Suriya kürdlərinin keçmiş siyasi partiya liderinin Çexiya məhkəməsi tərəfndən azad edilməsi “terrorun açıq dəstəklənməsi”dir.

Praqanın bələdiyyə məhkəməsi çərşənbə axşamı günü Suriya Kürd Demokratik Birilk Partiyasının keçmiş lideri Saleh Müslimin Türkiyənin onun ektstradisiyası haqda müraciətinə baxmayaraq azad edilməsi haqda qərar çıxarıb.

Türkiyə PYD-nin keçmiş liderini dövlətə qarşı təxribat və ağır şəraitdə qətldə ittiham edir. Saleh Müslim Çexiya paytaxtı Praqada Türkiyənin onun həbsi haqda müraciəti əsasında şənbə günü həbs edilimişdi.

Türkiyə PYD-ni fəaliyyəti qadağan olmuş kürd üsyançıları ilə əlaqəsi olan terrorçu qrup hesab edir. Bu ayın əvvəli Türkiyə hökuməti Müslimi axtarışda olan ən təhlükəli şəxslərin siyahısına salıb və onun ələ keçirilməsi müqabilində 1 milyon dollar məbləğində mükafat elan edib.

Türkiyə hökumətinin sözçüsü Bekir Bozdağ deyib ki, məhkəmənin qərarı beynəlxalq qanunun pozulmasıdır. O, qərarın Türkiyə-Çexiya münasibətlərinə mənfi təsiri ola biləcəyini qabaqcadan söyləyib.

PYD Suriyada kürdlərin ən güclü siyasi qüvvələrindən biri hesab edilir. Saleh Müslim keçən il partiyanın həmsədri kimi vəzifəsindən istefa verdikdən sonra da partiyanın nüfuzlu fiqurlarından biri olaraq qalır.

Türkiyə Suriyanın şimalında kürdlərin Xalq Müdafiə Birləşmələri (YPG) qüvvələrini Afrindən çıxarmaq üçün yanvar ayında hərbi əməliyyatlara başlayıb. Suriya kürdlərinin YPG qrupu PYD-nin silahlı birləşməsidir. Ankara YPG-ni terrorçu qrup hesab edir, lakin ABŞ Suriyada İslam Dövləti qrupuna qarşı mübarizədə qrupu əsas kompenentlərdən biri sayır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG