Accessibility links

Türkiyədə Cumhuriyyet qəzetinin jurnalistlərinin məhkəməsi keçirilib


Fəallar Cumhuriyyet qəzetinin jurnalistlərinə qarşı məhkəməyə etiraz ed
Fəallar Cumhuriyyet qəzetinin jurnalistlərinə qarşı məhkəməyə etiraz ed

İstanbulda Cumhuriyyet qəzetinin jurnalistlərinin məhkəməsinin ilk günü başa çatıb. Məhkəmə prosesi Türkiyədə mətbuat azadlığının gələcəyi ilə bağlı mühüm bir sınaq kimi qiymətləndirilir. Cumhuriyyet qəzeti Türkiyədə prezident və hökuməti tənqid edən çox az sayda əsas mətbu orqanlardan biridir.

Məhkəmənin ilk günü 17 jurnalistə qarşı terrorçuluq ittihamları oxunub. Jurnalistlərin çoxuna qarşı “terror təşkilatlarının üzvü olmaq”, ya da “terror təşkilatlarına üzv olmadan onları dəstəkləyən fəaliyyət göstərmək” ittihamları irəli sürülüb.

Jurnalistlər və hüquq müdafiəçiləri Cumhuriyyet qəzetinin jurnalistlərinə dəstək bildirir
Jurnalistlər və hüquq müdafiəçiləri Cumhuriyyet qəzetinin jurnalistlərinə dəstək bildirir

Bu ittihamlardan keçən il iyul ayında dövlət çevrilişinə cəhdin ardınca fövqəladə vəziyyətin tətbiq edilməsindən sonra bir çox hallarda istifadə edilib. Dövlət çevrilişinə cəhddən sonra Türkiyədə 100 mindən çox işdən azad edilib, 50 min çox insan həbs edilib.

17 jurnalist arasında qəzetin baş redaktorları, aparıcı yazarlar və karakaturaçılar var. Cumhuriyyet qəzetinin baş redaktoru Kadri Gürsel müdafiə çıxışında ittihamları kəskin qınayaraq, prokurorların ona qarşı sübutların toplanmasında qanunu pozduğunu bildirib. Kadri Gürsel sürgündə olan din xadimi Fətullah Gülən tərəfdarlarından mətnlər əldə etdiyi də daxil olmaq kimi sübutları qəti şəkildə rədd edib.

Polis İstanbulda Cumhuriyyet qəzetinin baş qərargahı qarşısında keşik çəkir
Polis İstanbulda Cumhuriyyet qəzetinin baş qərargahı qarşısında keşik çəkir

Rəsmi Ankara dövlət çevrilişinə cəhdin arxasında ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin durduğunu iddia edir. Çevriliş cəhdi nəticəsində 240-dan çox insan həyatını itirib.

Cumhuriyyet qəzetinin baş redaktoru Gursel Gülən və kürd militantlarının PKK qrupunu dəstəkləməkdə ittiham olunur.

Kadri Gursel uzun illər Fətulla Gülənin ən kəskin tənqidçilərindən biri olub. O, 1990-cı illərdə PKK tərəfindən oğurlanaraq bir neçə həftə girov saxlanılıb.

Məhkəmənin birinci günü jurnalistlərə qarşı qaldırılan iddiada əsas məqam Cumhuriyyətin prokurorların iddia etdiyi kimi siyasətini dəyişməsi ilə bağlı olub. Prokurorlar bunu qəzetin Gülənin siyasi proqramını davam etdirməsinə sübut olduğunu iddia edir.

Cumhuriyyet qəzetinin icraçı direktoru Akın Atalay məhkəmədə bildirib ki, ona və jurnalistlərə qarşı məhkəmə işi “hüquqi cinayətdir”. Atalay prokurorları qəzeti susdurmaq, ya da onu “ələ keçirmək istəməkdə” ittiham edib.

Cumhuriyyet qəzetinə qarşı məhkəmə işi Türkiyədə mətbuat azadlığı ilə bağlı narahatlıqların əsasında duran bir məsələyə çevrilib.

XS
SM
MD
LG