Accessibility links

Diyarbakırda bomba hücumuna görə məsuliyyəti PKK öz üzərinə götürüb


Türkiyənin dövlət xəbər agentliyi bu gün ölkənin cənub-şərqi Diyarbakır vilayətində avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində azı 8 nəfərın öldüyünü, 100-dən çoxunun yaralandığını bildirib.

Rəsmilər polis idarəsinin yaxınlığında həyata keçirilən bomba hücumunun keçən gecə Türkiyə parlamentində azı 11 qanunvericinin kürd olduğu ikinci böyük kürd tərəfdarı Xalq Demokrat Partiyasının liderlərinin həbsindən sonraya təsadüf etdiyini deyib. Keçən gecə terrorizm ittihamı ilə solçular və fəallar da həbs edilib.

Diyarbakır valiliyi hücumun məsuliyyətini artıq 30 ilə yaxındır Türkiyənin cənub-şərqində üsyan edən PKK-nın üzərinə götürdüyünü bildirib.

Türkiyənin NTV televiziya kanalında kürd tərəfdarı Xalq Demokrat Partiyasının həmsədri Səlahəddin Dəmirtaş və silahdaşı Figin Yüksəkdağ PKK-nın təbliğatında ittiham edilir.

XS
SM
MD
LG