Accessibility links

Türkiyə NBA oyunçusu Enes Kanterin həbsini istəyir


Enes Kanter
Enes Kanter

Türkiyə prokuroru Amerika Milli Basketbol Assosiasiyasının türk əsilli oyunçusu Enes Kanterin prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə həbsinə çağırıb. Bu haqda Anadolu xəbər agentliyi məlumat verib. İddianaməyə görə, onun dörd ilə qədər həbsi istənilir.

Birləşmiş Ştatlarda yaşayan və New York Knicks komandasında oynayan Kanter Ərdoğanı Twitter sosial şəbəkəsində təhqir etməkdə ittiham olunur.

O, həbsinə çağırışla bağlı xəbərlərə Twitter-də reaksiya verib.

Türkiyə Enes Kanterin pasportunu bu il ləğv edib və müsəlman din xadimi Fətullah Gülənə dəstəyinə görə onu “qaçaq” adlandıraraq, onun həbsinə order verib. Rəsmi Ankara Güləni 2016-cı dövlət çevirlişinə cəhdini planlaşdırmaqda ittiham edir. Birləşmiş Ştatlarda mühacirətdə yaşayan Gülən isə dövlət çevrilişi cəhdində əli olduğunu inkar edir.

Kanter rəsmilərin onun pasportunun ləğv edildiyini öyrəndiyi zaman Rumıniyada saxlandıqdan sonra keçirdiyi mətbuat konfransında Ərdoğanı “əsrimizin Hitleri” adlandırıb.

Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhddən sonra tətbiq edilmiş fövqəladə vəziyyətin ardınca 50 mindən çox insan həbs edilib, 150 mindən çox insan isə işdən kənarlaşdırılıb.

Enes Kanter 2011-ci ildən ABŞ-ın Milli Basketbol Assosiasiyasının oyunçusudur.

XS
SM
MD
LG