Accessibility links

Ərdoğan Türkiyədə fövqəladə vəziyyəti uzadıb


Prezident Rəcəb Tayyib Ərdoğan 2016-cı ilin uğursuz hərbi çevriliş cəhdindən sonra Türkiyədə elan edilən fövqəladə vəziyyəti rəsmən uzadıb. O bildirib ki, fövqəladə vəziyyət ölkədə “firavanlıq və sülh” bərqərar olana qədər qüvvədə qalacaq.

Ərdoğan şənbə günü on minlərlə dəstəkçisi və iqtidarda olan AKP partiyasının üzvləri qarşısında çıxış edib. Partiya öz həmtəsisçisi olan Ərdoğanı yenidən sədrlik vəzifəsinə qaytarıb.

Fövqəladə vəziyyət Ərdoğana və onun kabinetinə fərmanları parlamentin təsdiqi olmadan imzalamağa imkan verir.

Türkiyənin dövlət başçısının fövqəladə vəziyyətin uzadılması ilə bağlı fərmanı və yenidən partiya rəhbərliyinə qayıtması xəbəri prezidentlik səlahiyyətlərinin artırılması ilə bağlı referendumdan dörd həftə sonraya təsadüf etdi.

Tanınmış insan hüquları təşkilatları iddia edirlər ki, Türkiyədə referendumun nəticələri ölkədə seçkili diktatorluq sisteminin yaradılması deməkdir. Ərdoğan və tərəfdarları isə bildirirlər ki, bu islahat terrorizmlə mübarizə və iqtisadi inkişafın təmin edilməsi üçün lazım olan sadə idarəətmə sistemi yaradacaq.

Fövqəladə vəziyyət dövrü ABŞ-da yaşayan din xadimi Fətullah Gülən ilə əlaqəli olduqları şübhələrinə görə, 47 000 insan həbs edilib və 100 000 insan dövlət qulluğundan azad olunub.

Ərdoğan dini xadimi 260 nəfərin ölümü ilə nəticələnın 15 iyul çevriliş cəhdinin təhrikində ittiham edib. Gülən isə bunu inkar edib.

XS
SM
MD
LG