Accessibility links

Türkiyədə Gülənlə əlaqədar daha yüzlərlə insan saxlanılıb


Türkiyədə polis ölkə boyu əməliyyatlar apararaq, ABŞ-da yaşayan din xadimi Fətullah Gülənlə əlaqələri olmaqda şübhələnilən yüzlərlə insanı saxlayıb.

Daxili işlər naziri Süleyman Soylu bildirib ki, Türkiyənin bütün 81 vilayətində keçirilən əməliyyat zamanı 1009 adam saxlanılıb. O, əməliyyatı hökumətin Gülən hərəkatının “devrilməsi” istiqamətində “mühüm addım” adlandırıb.

Şübhəlilərin polis qüvvələrində ardıcılları idarə edən Gülənin əməliyyatçıları olduğu deyilir.

ABŞ-da yaşayan din xadimi Fətullah Gülən
ABŞ-da yaşayan din xadimi Fətullah Gülən

Soylunun bildirdiyinə görə, bu şəxslər “polis sıralarına daxil olub, dövləti tanımayraq, alternativ polis strukturunun yaradılmasına çalışıb.

Dövlətə məxsus Anadolu xəbər agentliyinə istinadən əməliyyatda 8 min 500 polis işçisi iştirak edib.

Həbslər keçən ilin iyul ayında dövlət çevrilişi cəhdindən sonra ölkə boyu təqiblərin bir hissəsidir. Türkiyə hökuməti çevriliş cəhdinin Gülən hərəkatı tərəfindən edildiyini bildirir.

Soylu bildirib ki, çevriliş cəhdindən sonra 47 mindən çox insan həbs edilib. Buraya 10 min 700 polis işçisi və 7 min 400 hərbçi daxildir.

XS
SM
MD
LG