Accessibility links

Türkiyənin hava hücumları zamanı 36 hökümətə meylli döyüşçünün öldürüldüyü bildirilir


Türkiyə hərbi təyyarələrinin sənbə günü Suriyanın şimal-qərbində höküməti dəstəkləyən qüvvələrə hücumu nəticəsindən ən azı 36 döyüşçü öldürülüb. Bu məlumatı Suriya İnsan Hüququları Müşahidə qrupu verib.

Suriya Demokratik Qüvvələri bəyanatlarında Türkiyənin hava hücumlarının baş verdiyi yeri və ölənlərinin sayını təsdiq edib. Suriya Demokratik Qüvvələri kürdlərin Xalq Müdafiə Qüvvələri (YPG) tərəfindən rəhbərlik edildiyi militant alyansdır.

Britaniyada qərargahlaşan monitorinq qrupu deyib ki, bu zərbələr Suriya hökümətinə meylli qüvvələrə qarşı son 48 saat ərzində həyata keçirilən sayca üçüncü hücumdur.

Suriya hökümətini dəstəkləyən qüvvələr keçən həftə YPG qrupuna dəstək vermək üçün bölgəyə gəliblər. Kürd militantları bir ay öncə, Türkiyə qüvvələrinin Afrində əməliyyatlar başlayan müddətdən bəri həmin qrupa dəstəyə çağırırdı.

Monitorinq qrupu bildirir ki, Türkiyənin rəhbərlik etdiyi qüvvələr şənbə günü Rajo şəhərini ələ keçirəndən sonra Afrin bölgəsinin 20 faizindən çoxuna nəzarət əldə ediblər.

Türkiyə yanvarın 20-də Afrinə hava və quru hücumuna başlayıb, bunu YPG qruplaşmasına hücum adlandırıb. Türkiyə YPG-ni terror qruplaşması və PKK-nın bir qanadı sayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG