Accessibility links

Türkiyədə hərbi çevriliş cəhdində iştirak edən mindən çox əsgər və zabit həbs edilib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqı ölkədə vəziyyətə nəzarət etdiyinə və silahlı qüvvələrin bir hissəsi tərəfindən edilmiş hərbi çevriliş cəhdinin sona çatdığına əmin edib. Bununla belə paytaxt Ankarada və İstanbulda şənbə günü səhər hələ də partlayış və atəş səsləri eşidilib və

Ankarada hərbi qüvvələrin qərargahının kimin nəzarət etdiyi aydın deyil.
Baş nazir Binali Yıldırım bu gün xalqa müraciətində "insidentin bir hissəsinin hazırda başa çatdığını" deyib və çevrilişə cəhd edən 2839 əsgər və zabitin öz hərəkətlərinə görə cəzalandırılacaqlarını əlavə edib.

Binali yıldırım ötən gecəni "Türkiyə demokratiyasına qara ləkə" adlandırıb.

Türkiyə konstitusiyası ilə ölkədə ölüm hökmünə icazə verilmir, lakin Yıldırım hökumətin bunu dəyişmək istəyə biləcəyinə işarə edib. Baş nazirin bunu elan etməsindən sonra Türkiyədə Twitter sosial şəbəkəsində #Idamistiyorum haştag-i ilə yazılar görünməyə başlayıb.

Televiziyada xalqa müraciətində Baş Qərargahlar rəisi vəzifəsini icra edən ordu generalı Umit Dündar "Türkiyə dövləti və xalq arasında tarixi əməkdaşlığa" yüksək qiymət verib, lakin xəbərdarlıq edib ki, hərbi çevrilişə cəhd edən əsgərlərin hərəkətləri unudulmamalıdır.

Cümə günü gecə başlayan toqquşmalarda 190 nəfər həlak olubb: 2 əsgər, 41 polis işçisi, 47 mülki vətəndaş və general Dündarın dediyi kimi 104 qiyamçı. Medianın verdiyi məlumata görə, saxlanılan yüzlərlə əsgərdən 200 nəfər şənbə günü səhər polisə təslim olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG