Accessibility links

Türkiyə beynəlxalq humanitar summitə ev sahibliyi edir [Video]


Türkiyə beynəlxalq humanitar summitə ev sahibliyi edir
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Türkiyə bu həftə beynəlxalq humanitar summitə ev sahibliyi edir. BMT summiti İstanbulda keçirərək miqrant böhranına diqqəti çəkmək istəyir. BMT-nin 120-dən çox üzvü summitdə iştirak edərək qaçqın böhranını azaltmaq niyyətindədirlər.

Dünyada 60 miliyondan çox insan zorakılıq, yoxsulluq və təbii fəlakət səbəbiylə evlərindən didərgin düşüblər. Lakin getməyə imkanı olmayan miliyonlarla insan isə sağ qalmaq uğrunda mübarizə aparır.

Herv Verhusel: “Bugün biz ikinci dünya müharibəsindən sonra ən pis humanitar situasiya ilə üzləşmişik. 130 milyon insanın köməyə ehtiyacı var. BMT-nin baş katibi qərara gəlib ki, bütün dövlətlər, özəl şirkətlər və qeyri-hökumət təşkilatları bir araya gəlib 130 miliyon insanın ehtiyaclarını necə qarşılamağın yollarını tapmağa çalışsın.”

Türkiyə 2.7 milyon suriyalı qaçqın da daxil olmaqla, dünyada ən çox miqrant əhaliyə malik ölkədir. Lakin bununla yanaşı, Keniya, Efiopiya, İordaniya və Hindistanda da qaçqın düşərgələri mövcuddur. Afrika və Asiyanın bir çox hissələrindən olan insanlar quraqlıq səbəbiylə aclıqla üzləşiblər.

Papa Fransis bazar günü dua zamanı summitin müvəffəqiyyətlə keçməsi üçün insanları dua etməyə səsləyib.

Papa Fransis: “Gəlin dualarımızla sammitdə iştirak edənləri müşayiət edək ki, onlar hədəflərinə çata bilsinlər. Günahsız və köməyə ehtiyacı olan insanın həyatları xilas olsun.”

Katolik kilsəsinin lideri keçən ay Yunanıstanın Lesbos adasında olan qaçqınları ziyarət edib.

Humanitar təşkilatlar daimi qlobal yardım sistemi qurmağa çağırırlar.

Salil Şetti: “Biz onları darda qoya bilmərik. Bizim daimi yardım sisteminə ehtiyacımız var. Biz hökumətlərə səslənirik. Dövlətlərin insanların çağırışlarını eşitmə vaxtı çatıb.”

Amnesty İnternational keçən həftə yayımladığı rəy sorğusu dünyada insanların çoxunun qaçqınları xoş qarşıladığını göstərir. Çin, Almaniya və Britaniya siyahının başında gəlir. Rəy sorğusuna əsasən Rusiya beynəlxalq qaçqınları qəbul edən siyahıda ən aşağı yerlərdədir. Rusiya İstanbulda keçirilən beynəlxalq summitdə iştirak etmir və fikrini dəyişmək niyyətində görünmür.

XS
SM
MD
LG