Accessibility links

Türkiyədə 8 insan hüquqları fəalı azadlığa buraxılıb


Türkiyə terrorizm ittihamları ilə həbs edilmiş və məhkəmənin hökmünü gözləyən səkkiz insan hüquqları fəalını azadlığa buraxıb.

Çərşənbə günü gecə saatlarında azadlığa buraxılanlar arasında Amnesty International təşkilatının Türkiyə ofisinin rəhbəri İdil Eser də daxul olmaqla, Almaniya və İsveçrə vətəndaşları var.

“Biz hamımız bizə həm hüquqi, həm diplomatik dəstək göstərənlərə, bizimlə həmrəy olanlara minnətdarlığımızı bildirirlik” - insan hüquqları fəalı Piter Steudtner bildirib.

Onlar iyul ayında Böyükadada rəqəmsal təhlükəsizlik mövzusunda keçirilən təlimdə iştirak edərkən həbs ediliblər.

Ümumilikdə 11 kürd fəal və solçu militant dini xadim Fətullah Gülənin rəhbərlik etdiyini hərəkatın üzvləri ilə əlaqəli olmaqda ittiham olunurdu.

Amerika Birləşmiş Ştatları həbsləri qınamış və Türkiyənin ittihamların ləğvinə çağırmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG