Accessibility links

Türkiyə İranla sərhəddə divarın inşasına başlayır


Türkiyə mətbuatının verdiyi məlumata görə, Türkiyə İranla sərhəddə ölkənin Suriya ilə sərhədindəkinə bənzər divarın inşasına başlayır.

Doğan özəl xəbər agentliyinin bildirdiyinə görə, Ağrı vilayətinin qubernatoru Süleyman Elban çərşənbə axşamı günü təhlükəsizilk divarının inşası ilə bağlı işlərin gedişi ilə tanış olub. Məlumatda deyilir ki, Türkiyə İran sərhədi boyunca 2 metr enində və 3 metr hündürlüyündə səyyar bloklardan ibarət divar inşa edilir.

Türkiyə-Suriya sərhədi
Türkiyə-Suriya sərhədi

Türkiyə rəsmiləri İranla sərhədin bəzi hissəslərində divarın təhlükəsizliklə əlaqədar inşa edildiyini bildirir. Bununla İrandan kürd militantlarının və qeyri-qanuni yolla qaçaqmalçıların Türkiyəyə daxil ola bilməsinin qarşısının alınması nəzərdə tutulur.

Prezident Rəcəb Tayyib Ərdoğan İraq və İranla sərhəd boyu divarın inşası planlarını yanvar aynda elan etmişdi. Türkiyənin Suriya ilə 911 kilometrlik sərhədi boyu hazırda divar inşa edilir.

XS
SM
MD
LG