Accessibility links

Türkiyə: Suriya və İraqda 200-ə yaxın İslam Dövləti yaraqlısı öldürülüb


Türkiyə Suriya və İraqda 200-ə yaxın İslam Dövləti yaraqlısının öldürüldüyünü bildirir. Bu, iki gün əvvəl İstanbul hücumunun qisası kimi dəyərləndirilir.

​Türiyənin baş naziri Əhməd Davutoğlu təhlükəsizlik qüvvələrinin İraqın şimal, Suriyanın isə sərhəd bölgələrində 500 yerin hədəf alındığını deyib. Onun bildirdiyinə görə, hücumlar son 48 saat ərzində həyata keçirilib.

Türkiyəyə qarşı yönələn hər bir təhdidə cavab veriləcək

Davutoğlu Ankarada səfirlərlə keçirilən konfransda bildirib ki, Türkiyə İŞİD-ə qarşı havadan da hücumlar həyata keçirməyi planlaşdırır.

Baş nazir Türkiyəyə qarşı yönələn hər bir təhdidə cavab veriləcəyinə and içib.

Bu arada Türkiyənin xarici işlər naziri Efkan Ala İstanbul hücumu ilə əlaqədar daha 7 şübhəlinin nəzarət altına alındığını bəyan edib. Onların 3-nün Rusiya vətəndaşı olduğu bildirilib.

Nazir 124 ölkədən 36 min adamın Türkiyəyə girişinə qadağa tətbiq edildiyini deyib.

İstanbulun turistlərin ən çox ziyarət etdiyi ərazisində baş verən intiharçı hücumu nəticəsində azı 10 nəfər həlak olub.

15 nəfərin yaralanması ilə nəticələnən partlayışın suriyalı intiharçı tərəfindən həyata keçirildiyi bildirilib.

Partlayış İstanbulun Göy Məscid və Aya-Sofiyanın yerləşdiyi tarixi Sultanəhməd meydanında həyata keçirilib.

Türkiyədə İŞİD əleyhinə kampaniyaya start verilib. 8 vilayətdə keçirilən əməliyyatlar zamanı İslam Dövləti ilə əlaqəsi olduğundan şübhələnilən onlarla insan nəzarət altına alınıb.

Hücumdan 24 saat sonra Ankara, İzmir, Antaliya, Kilis, Şanlıurfa, Konya, Mersin və Adanada 73 nəfər saxlanılıb.

XS
SM
MD
LG