Accessibility links

Con Kerri Türkiyə xarici işlər naziri ilə Kipr məsələsini müzakirə edib


Dövlət rəsmiləri Kiprin birləşdirilməsinə dair danışıqlar aparıb

Çərşənbə axşamı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövət katibi Con Kerriyə bildirib ki, Kiprin Yunanıstanın və Türkiyənin nəzarət etdiyi bölgələrini yenidən birləşdirmək üçün diplomatik razılıq əldə edilməsinə Ankaranın “siyasi iradəsi” var.

“BMT-nin baş katibinin xüsusi məsləhətçisi kimi qeyd etmək istəyirəm ki, danışıqlar Şimali Kiprda keçirilən seçkilərdən sonra bərpa oluna bilər,” deyə Mövlud Çavuşoğlu bildirib.

Bazar günü Türkiyənin nəzarət etdiyi Kipr lideri Dərviş Əroğlu president seçkiləridə qalibiyyət əldə edə bilmədi. Buna görə aprelin sonu seçkilərin ikinci raundu keçiriləcək.

Vaşinqtonda keçirilən birgə mətbuat konfransında Kerri Birləşmiş Ştatlar və Türkiyənin BMT-nın başçılıq etdiyi adanı birləşdirmək danışıqlarını dəstəklədiklərini bildirib.

Kerri bunun region üçün müsbət bir hal olacağını və kiprlilər üçün daha yaxşı həyat imkanı yaradacağını bildirib.

Şimali Kipr Türk Respublikasını yalnız Türkiyə tanıyır. Beynəlxalq ictimaiyyət bütün adanın yeganə nümayəndəsi kimi Kiprin yalnız cənubundakı yunan hökümətini rəsmən tanıyır.

Adanın birləşdirilməsinə dair danışıqlar 2014-cü ilin oktyabr ayından bəri dayandırılıb. O zaman yunan kiprliləri Türkiyənin onların təbii qaz kəşf etmək hüquqlarına etiraz etdiklərinə görə danışıqlarda iştiraklarını dayandırıb.

XS
SM
MD
LG