Accessibility links

Türkiyədə koalisiya hökuməti baş tutmadı [Təhlil]


Prezident Rəcəp Tayyip Ərdoğan və onun AK partiyası kürdpərəst HDP partiyasını terrorizmlə bağlantısı olmaqda ittiham edir. O, HDP-nin PKK terrorist qruplaşmasıyla əlaqəsi olduğunu bildirir. Türkiyə təhlükəsizlik qüvvələri keçən aydan bəri PKK qrupu ilə mübarizə aparmağa başlaması hökumətin PKK ilə sülh danışıqlarına son qoyub.

Koalisiya danışıqlarının baş tutmaması və yeni seçkilərin baş tutma ehtimalı prezidentinin HDP də daxil olmaqla digər partiyaları dəvət edib onlarla görüşməlidir, deyə Brusselsdə yerləşən Karnegi İnsitutundan Sinan Ulgen bildirir.

Konstitusiyaya görə o, HDP-ni nazirlər kabinetində vəzifəyə sahib olmaqdan kənarlaşdıra bilməz. Ona görə də bu, cənab Ərdoğan üçün ən az istənilən seçimdi. Onun bunu istəməsinin digər səbəbi isə seçki kampaniyası boyunca AK P-nin dövlət resurslarından faydalanmasıdır ki, bu da çoxpartiyalı hökumətdə mümkün olmayacaq.
Sinan Ulgen

Sinan Ulgen: "Konstitusiyaya görə o, HDP-ni nazirlər kabinetində vəzifəyə sahib olmaqdan kənarlaşdıra bilməz. Ona görə də bu, cənab Ərdoğan üçün ən az istənilən seçimdi. Onun bunu istəməsinin digər səbəbi isə seçki kampaniyası boyunca AK P-nin dövlət resurslarından faydalanmasıdır ki, bu da çoxpartiyalı hökumətdə mümkün olmayacaq."

HDP lideri Selahəttin Dəmirtaş bildirib ki, o belə hökumətə qatılmağı nəzərdən keçirir. Əsas müxalifət partiyasi CHP isə kürdpərəst HDP partiyasının kənarlaşdırılacağı halda hökumətin təşkilində iştirak etməyəcəyini vurğulayıb.

Cümhuriyyət qəzetinin siyasət məsələləri üzrə köşə yazarı Semih İdiz bildirib ki, HDP-nin hökumətin qurulmasında iştirak edəcəyi mübahisəli olaraq qalır.

Ultra-milliyətçi MHP partiyası HDP-nin cinayətə cəlb olunmasını və bağlanmasını tələb edir. Onlar kabinetdə HDP ilə hər hansı danışığı qəbul etmir. Beləliklə bizim ilk gündən artıq problemimiz mövcuddur və bu, siyasi qeyri-stabillik deməkdir.
Semih Idiz

Semih İdiz: "Ultra-milliyətçi MHP partiyası HDP-nin cinayətə cəlb olunmasını və bağlanmasını tələb edir. Onlar kabinetdə HDP ilə hər hansı danışığı qəbul etmir. Beləliklə bizim ilk gündən artıq problemimiz mövcuddur və bu, siyasi qeyri-stabillik deməkdir."

Prezident və onun məsləhətçiləri yeni seçkilərin keçirilməsinə üstüörtülü münasibət bildirir. Lakin təhlilçilər bunun AKP və prezidentə baha başa gələcəyini deyirlər.

XS
SM
MD
LG