Accessibility links

Türkiyə: Kobaniyə hücumun Türkiyə ərazisindən edildiyinə dair kürdlərin iddiaları yanlışdır


Türkiyə hökuməti kürdlərin İslam Dövləti qrupunun militantlarının Suriya ilə sərhəd yaxınlığında yerləşən Kobani şəhərində hücumunun Türkiyə tərəfədən həyata keçirildiyinə dair iddialarını yalan adlandırıb.

Baş nazir Əhməd Davutoğlunun bəyanatında Türkiyə təhlükəsizlik qüvvələrinin sərhəddə bütün lazımi tədbirləri həyata keçirdiyi bildirilir.

Kürd rəsmisi və Britaniyada yerləşən Suriya İnsan Hüquqları Müşahidə qruöu Kobanidə bomba hücumunda istifadə edilən avtomobilin Türkiyə ərazisindən keçdiyini bildirib.

Rəsmi Ankara kürdlərin Türkiyənin İslam Dövləti qrupu ilə əməkdaşlıq etdiyinə dair iddialarını dəfələrlə rədd edərək, qrupun Türkiyənin təhlükəsizliyi üçün də hədə təşkil etdiyini bildirib.

Türkiyə Suriya daxilində İslam Dövləti qrupunun yaraqlılarını geri çəkmək üçün ABŞ-ın başçılığı ilə koalisiyaya qoşulmağa meylli deyil.

Kürd qüvvələri koalisiyanın hərbi hava hücumlarının dəstəyi ilə iki aydan artıqdır Kobaniyə nəzarəti əldən verməmək üçün İslam Dövləti qrupuna qarşı döyüşür. Heç bir tərəf üstünlük qazana bilməyib.

XS
SM
MD
LG