Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin cənubunda genişmiqyaslı əməliyyatları nəticəsində 115 kürd yaraqlısı qətlə yetirilib.
Daxili İşlər naziri İdris Naim Şahin üsyançıların Semdinli yaxınlığında iyulun 23-dən etibarən qurudan və havadan həyata keçirilən hücumların bri hissəsi olaraq aparılan əməliyyatlar nəticəsində qətlə yetirildiyini bildirib.
Yerli televiziyanın verdiyi məlumata əsasən, əməliyyatlarda təxminən 2 min əsgərin iştirak etdiyi bidirilir.
Daxili İşlər naziri bu açıqlamanı Türkiyə rəsmilərinin İraqla sərhəd bölgədə yerləşən Hakkari vilayətində türk əsgərləri və kürd yaraqlıları arasında baş vermiş döyüş nəticəsində 22 nəfərin öldürüldüyünü bildirməsindən sonra verib.
Döyüş zamanı təxminə 15 əsgərin yaralandığı bildirilmişdir.
Türkiyə silahlı qüvvələri və kürd üsyançıları arasında toqquşmalara Türkiyənin kürd döyüşçülərinə qarşı qurudan və havadan əməliyyatlara başladığı vaxtdan intensivləşmişdir.
Türkiyə və müstəqil kürd dövlətinin yaradılması tələbilə 1984-cü ildən silaha əl atmış PKK arasında münaqişə nəticəsində 40 mindən çox insan həyatını itirmişdir.