Accessibility links

Türkiyə PKK üsyançılarına qarşı hücum həyata keçirib


Türkiyə ordu rəsmiləri bildirir ki, kürd üsyançıların İraqın şimalındakı hədəflərinə qarşı hava hücumu həyata keçirən Türkiyə hava qüvvələri 67 yaraqlını məhv edib.

Martın 9-da baş tutan reydlər 14 F-16 və F-4 qırıcı təyyarələri ilə həyata keçirilib və reyd zamanı PKK-nın düşərgələri, partlayıcı və başqa maddələrin saxlandığı anbarları hədəf alınıb.

Ordu rəsmiləri bildirir ki, hücumun hədəf aldığı obyektlər 5 ərazidə: Qandil, Metina, Avasin, Haftanin və Basyanda olub.

Türkiyə Hava Qüvvələri iyul ayından bəri PKK-nın Şimali İraqdakı obyektlərinə qarşı hücumlar həyata keçirməyə başlayıb. Bu, hökumət qüvvələ üsyançılar arasında atəşkəs səyləri uğursuzluğa düçar olandan sonra baş verib.

Xatırladaq ki, PKK qruplaşmasını həm Türkiyə, həm də Ankaranın Qərbdəki müttəfiqlər terror təşkilatı kimi tanıyır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG