Accessibility links

Türkiyədə əks-terror əməliyyatları nəticəsində 143 nəfər saxlanılıb


Türkiyə polisi həftə sonu ölkənin səkkiz şəhərində əks-terror əməliyyatları zamanı İŞİD-lə əlaqələri olmaqda şübhəli bilinən 143 nəfəri saxlayıb. Bu haqda Anadolu xəbər agenliyi məlumat verib.

Əks-terror polisinin əməliyyatı zamanı paytaxt Ankarada 49 xarici ölkə vətəndaşının saxlandığı bildirilir. Saxlanılan bəzi şəxslərin oktyabrın 29-da Türkiyənin Cumhuriyyət Günü hücum hazırladığına inanılır.

Polis Türkiyənin şimal-qərbində Bursada evlərdə reydlər keçirib. Anadolu agentliyinin verdiyi məlumata əsasən, əməliyyat zamanı 28 Suriya vətəndaşı və iki Azərbaycan vətəndaşı daxil olmaqla 39 nəfər saxlanılıb. Şübhəlilərin səkkizinin yeniyetmə olduğu bildirilir.

Polis bazar günü səhər ölkənin şimal-şərqindəki Ərzurum vilayətində terror təşkilatlarına dair təhqiqatla əlaqədar 22 nəfəri saxlayıb. Anadolu agentliyinin məlumatına əsasən, terror təşkilatlarının yüksək rütbəli üzvləri də saxlanılanlar arasındadır.

Həftə sonu əks-terror əməliyyatlarının bir hissəsi olaraq, polis İstanbul və İzmir də daxil olmaqla beş başqa şəhərdə də reydlər keçirib, əməliyyat nəticəsində 33 nəfər saxlanılıb.

Anadolu agentliyi polisin əməliyyat zamanı çox sayda silah, sursat, rəqəmsal məlumatlar və sənədləri müsadirə etdiyi haqda məlumat verib.

XS
SM
MD
LG