Accessibility links

Türkiyədə qatar qəzaya uğrayıb


Türkiyə rəsmilərinin bildirdiyinə görə, bu gün yüksək sürətli qatar Ankara yaxınlığında digər bir lokomotivlə toqquşub. Nəticədə azı 9 nəfərin öldüyü, 40 nəfərdən çox insanın yaralandığı bildirilib.

Qatar Ankaradan Türkiyənin mərkəzi vilayəti Konyaya istiqamət almışdı.

Ankara-Konya qatarının stansiyada qəzaya uğradığı zaman hansı sürətlə getdiyi məlum deyil. Qəza ilə bağlı istintaq aparılır.

Bu ilin lyul ayında da Erdinədən İstanbula 362 nəfər sərnişin daşıyan qatarın relsdən çıxması nəticəsində 24 nəfər həlak olmuşdu.

Qatar qəzaya Yunanıstanla sərhəd şimal-qərbi Tekirdağ regionunda uğramışdı.

XS
SM
MD
LG