Accessibility links

Türkiyə Rusiyaya səfərlərlə bağlı öz vətəndaşlarına xəbərdarlıq edib


İstanbulda Atatürk hava limanında sərnişinlər
İstanbulda Atatürk hava limanında sərnişinlər

Türkiyə öz vətəndaşlarına Rusiyaya təcili olmayan səfərləri təxirə salmağa çağırıb. Bu, Rusiya təyyarəsinin vurulması ilə bağlı yaranmış diplomatik gərginlik dövru atılan növbəti addımdır.

Türkiyə Xarici İşlər nazirliyinin açıqladığı bəyanatda deyilir ki, xəbərdarlıq Türkiyədən səfər edənlər və Rusiyadakı türk vətəndaşlarının qarşılaşdığı "çətinliklər"lə əlaqədar olaraq verilib.

Moskva Türkiyənin çərşənbə axşamı günü Suriya ilə sərhəddə Rusiya təyyarəsini vurmasına qəzəbli reaksiya göstərib.

Bu, Suriya münaqişəsində fərqli mövqelərə malik iki ölkə arasında münasibətlərdə gərginliyin artacağı və münaqişənin daha da genişlənə biləcəyi ilə bağlı qorxuların artmasına səbəb olub.

Moskva Ankaraya qarşı turust səfərlərinin məhdudlaşdırılması, hərbi kommunikasiyaların dayandırılması və ölkəyə Türkiyədən idxal edilən məhsulların əlavə təftişi kimi bir sıra cavab tədbirləri görüb.

Cümə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı İslam Dövləti qrupuna qarşı mübarizə adı altında Suriya prezidenti Bəşar Əl-Əsədə qarşı çıxan qruplara hücum edərək “odla oynamaqda” ittiham edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG