Accessibility links

Türkiyə Rusiyanı onun hava sərhədini pozmaqda ittiham edib


Türkiyə Rusiyanın hərbi təyyarəsinin ölkənin Suriya ilə sərhəd yaxınlığında hava hövzəsini pozduğunu və bunun Türkiyənin F-16 iki təyyarəsinin Rusiya təyyarəsini ərazidə müşayiət etməsinə səbəb olduğunu bildirib.

Xarici İşlər nazirliyinin bəyanatında insidentin şənbə günü baş verdiyi və NATO-nun üzvü olan Türkiyənin Rusiyaya bir daha hava hövzəsi pozulduğu halda “arzuolunmaz hər hansı bir insidentə görə məsuliyyət daşıyacağı” ilə bağlı xəbərdarlıq edildiyi bildirilir.

Rusiyanın İnterfaks agentliyi Rusiyanın Türkiyədəki səfirliyinə istinadən insidentin baş verdiyi və Türkiyə rəsmilərinə bununla bağlı izahat verildiyi haqda məlumat verib.

NATO-nun Baş katibi Cens Stoltenberq açıqladığı video mesajda bildirib ki, Rusiyanın Suriyada əməliyyatlarını, eləcə də Rusiyanın hərbi təyyarəsinin Türkiyənin hava hövzəsini pozması ilə bağlı “qəbuledilməz insidenti” müzakirə etmək üçün Türkiyənin Xarici İşlər naziri Feridun Sinirlioğlu ilə görüşüb.

Stoltenberq Rusiyanın hərəkətlərinin regionda təhlükəsizlik və sabitliyə xidmət etmədiyini və NATO-nun qərarlar verən orqanı olan Şimali Atlantik Şuranın insidenti müzakirə etmək üçün iclas keçirəcəyini əlavə edib.

ABŞ-ın Müdafiə naziri Eşton Karter Vaşinqtonun məsələ ilə bağlı Ankara ilə danışıqlar apardığını bildirbi.

ABŞ müdafiə nazirliyinin adının açıqlanmadığı yüksək səviyyəli rəsmisi deyib ki, hava hövzəsinin pozulması təsadüfi olmayıb. “Bu, bizim yol vermək istəmədiyimiz qeyri-professional davranış tərzidir”-deyə o bildirib.

XS
SM
MD
LG