Accessibility links

Türkiyə və Rusiya arasında böhran dərinləşir [Video]


Türkiyə və Rusiya arasında böhran dərinləşir
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Türkiyə və Rusiya arasında yaranan gərginlik yenidən artıb. Rusiya hərbi təyyarəsi keçən cümə günü Türkiyə hava məkanını yenidən pozub. Rusiya hərbi təyyarəsinin Türkiyə hava sahəsinə girdiyini qəbul etmir. Lakin Türkiyə və NATO rəsmiləri bazar günü bildirib ki, onların radarları Rusiya qırıcısının Türkiyə hava məkanını pozduğunu göstərib.

Cümə günü baş vermiş hadisə noyabr ayında Türkiyənin Rusiya hərbi təyyarəsini hava məkanını pozduğuna görə vurması ilə müqayisədə daha ciddi hadisədir. Bu dəfə heç bir təyyarə vurulmayıb, lakin liderlər güclü mesajlar göndərib.

Rəcəp Tayyip Ərdoğan: “Biz İngilis və Rus dillərində xəbərdarlıqlar göndərməyimizə baxmayaraq Rusiya regionda böhranı daha da gərginləşdirib. NATO həmçinin pozuntulara nəzarət edir. Çünki hava məkanı pozulan sahə həmçinin NATA hava məkanıdır. Əgər Rusiya Türkiyənin suverenliyini pozmağa davam edəcəksə, bunun qarşısı güclə alınacaq.”

NATO bu hadisəni təhlükəli adlandırıb və Rusiyanı düzgün addım atmağa səsləyib.

Rusiya hərbi təyyarəsinin Türkiyənin hava məkanını pozduğunu qəbul etmir və bu iddiaların propaqanda mahiyyəti daşıdığını deyir.

Rusiyanın hava əməliyyatlarına son qoyması Suriya müxalifət qüvvələrinin Cenevrə sülh danışıqlarında müzakirə edəcəyi əsas mövzudur.

“Biz müzakirələrə başlamağa hazırıq. Lakin biz Suriyada bəzi şeyləri görmək istəyirik. Biz xalqımıza qarşı törədilən soyqırımın dayandırılmasını istəyirik. Uşaqlarımızı qorumağa kömək edin, Suriyada qalan uşaqları qoruyun.”

Türkiyə və Rusiyanın Suriyada sülh prosesini dəstəkləməsinə baxmayaraq hər iki ölkə arasında yaranan gərginlik dalana dirənmiş danışıqları daha da mürəkkəbləşdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG