Türkiyədə seçicilər koalisiyanın yaradaılmasına dair danışıqların baş tutmamasından sonra bazar günü son beş ayda ikinci dəfə olaraq parlament seçkilərində səs verəcək.
İyun ayından NATO-nun üzvü və ABŞ-ın müttəfiqi olan Türkiyə təhlükəsizlik riskləri və siyasi qeyri-sabitlik kimi problemlərlə qarşılaşıb.
Oktyabrın 10-da Ankarda kürd tərəffdarlarının yürüşü zamanı 100-dən çox adamın ölümülə nəticələnmiş bomba partlayışları da daxil olmaqla, ölkə boyu bir sıra hücumlarda İslam Dövləti qrupunun yaraqlıları günahlandırılıb. Eyni zamanda, separatçı Kürdüstan Fəhlə Partiyası PKK ilə iki sürən atəşkəsin dayandırılmasından sonra kürdlər və Türkiyə dövləti arasında münaqişə daha da güclənib.
Türkiyə seçkilərində əsas məqamlar bunlardır.
Seçki sistemi
Türkiyə parlamenti-böyük millət məclisində 550 var və əksəriyyət qazanmaq üçün bu yerlədən 276-ı əldə edilməlidir. Əksəriyyəti qazanmış partiyanın lideri ölkənin baş naziri olan əsl hakimiyyəti əlində saxlayan siyasi fiqurdur.
Parlament üzvləri əhali sayından asılı olaraq müxtəlif sayda qanunvericini seçən 85 seçki dairəsindən seçilir.
Lakin hər partiya parlamentə daxil olmaq üçün ölkə üzrə lazım olan səslərin 10 faizini almalıdır. Bunu qazana bilməyən partiyanın yerləri başqa partiyalara verillir. Bu, böyük partiyalar üçün böyük üstünlük deməkdir.
Əsas siyasi partiyalar
Ədalət və İnkişaf partiyası (AKP)
Sosial-mühafizəkar siyasi partiya 2002-ci ildə Türkiyədə seçkilərdə qələbə əldə etdikdən sonra hakimiyyətdədir. Partiyanın lideri Əhməd Davudoğlu ölkənin baş naziri, partiyanın keçmiş lideri Rəcəb Tayyib Ərdoğan isə prezidentdir. Davudoğlu partiyanın əsas namizədidir. Müxalifət İslam yönlü AKP-ni avtoritar idarəçilikdə ittiham edir.
Cumhuriyyət Xalq Partiyası (CHP)
1923-cü lidə müasir Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk tərəfindən əsası qoyulan CHP ölkədə ən uzun tarixə malik partiya olmaqla yanaşı, həm də Böyük Millət Məclisində əsas müxalifət partiyasıdır. Partiyanın lideri və seçkilərdə əsas namizədi Kamal Kılıçdaroğludur.
Milliyyətçi Hərəkat Partiyası (MHP)
2015-ci ilin iyun ayında ümumi seçkilərdə səslərin 16,3 faizini alaraq parlamentdə 80 yer qazanan MHP Türkiyədə üçüncü ən böyük siyasi partiyadır. Partiya kürdlərlə sülh prosesinin qəti əleyhinədir və Türkiyənin əsas probleminin kürdlərin hüquqları deyil, PKK-nın terrorçu fəaliyyəti olduğuna inanır. Partiyanın Baş katibi Dövlət Bahçelidir.
Xalqların Demokratik Partiyası (HDP)
HDP bir sıra slçu hərəkatların birliyi olan Xalqların Demokratik Konqresinin siyasi qanadı olaraq 2012-ci ildə təsis edilib. Əvvəllər Konqresin namizədləri seçkilərə müstəqil namizədlər kimi qatılırdı, belə ki parlamentə daxil olmaq üçün səslərin lazımi 10 faizi yalnız siyasi partiyalara şamil olurdu. Partiyada rəhbərlik həmsədr prinsipi əsasında fəaiyyət göstərir. HDP-nin sədri Səlahəddin Dəmirtaş, həmsədri isə Figen Yüksəkdağdır.
Rəy sorğuları
Rəy sorğularına əsasən, noyabrnı 1-də seçici fəallığı iyunun 7-də olduğundan daha yüksək olacaq və həttat elektoratın 86 faizini təşkil edə bilər.
Nəticələrə təsir göstərəcək əsas faktorlardan biri AKP-nin iyun ayında 81 dairədən əsas 38 dairədə itirdiyi səsləri yüzlər, yoxsa minlər arasında geri ala bilib-bilməyəcəyidir.
Əgər partlamentdə yenə qeyri-müəyyən vəziyyət yaransa, o zaman siyasi partiyalar 45 gün ərzində koalisiya hökuməti yaratmalıdır. Bu, belə görünür, AKP ilə millətçi MHP, ya da dünyəvi CHP ilə koalisiya olacaq.
Əgər siyasi partiyalar yenə də koalisiya yarada bilməsə, o zaman üç ay ərzində yeni seçkilər keçiriləcək, bu, iki ildə beşinci seçki demək olacaq.
Seçkilər rəqəmlərdə
Türkiyənin 78 milyonluq əhalisinin 54 milyonu seçkilərdə səs vermək üçün qeydiyyatdan keçib. 2,9 milyon vətəndaş xarici ölkələrdə qeydiyyatdan keçib.
Səsvermə ölkə boyu 175 min seçki məntəqəsində Türkiyənin şərqində səhər saat 7-dən 4-ə qədər, qərb bölgələrdə isə səhər 8-dən axşam 5-ə qədər davam edəcək.
Türkiyədə exit polların keçirilməsinə icazə verilmir və ilkin nəticələrin axşam 6-ya qədər məlum olacağı gözlənilmir.
Səsvermə güclü təhlükəsizlik tədbirlərinin görüldüyü şəraitdə keçəcək, 255 min nəfər polis və 130 min jandarm küçələrdə təhlükəsizliyi təmin edəcək.
Avropada Təhlükəsizilk və Əməkdaşlıq Təşkilatı ATƏT seçkiləri müşahidə edəcək.