Accessibility links

Henri Barkey: "Ərdoğan və Davutoğlundan başqa hamı uduzdu" [Video]


Vaşinqtonda yerləşən Vilson Mərkəzinin Yaxın Şərq Araşdırmaları üzrə direktoru Amerikanın Səsinə Türkiyə seçkilərini şərh edib.

Son beş ay ərzində ikinci dəfə parlament seçkilərinə gedən Türkiyə, Ədalət və İnkişaf Partiyasını yenidən təkbaşına hakimiyyətə gətirdi. Seçicilər bu nəticələrlə nə mesajı verdi? Vaşinqtonda yerləşən Vilson Mərkəzinin Yaxın Şərq Araşdırmaları üzrə direktoru Henri Barkey Amerikanın Səsinə müsahibədə Türkiyədə keçirilən seçki nəticələrinə münasibət bildirib.

Cənab Barkey bildirir ki, xalq sabitliyə səs verdi. "Davutoğlu və Ərdoğan xaric hamı uduzdu. MHP heç bir mesajı olmayan partiyaydı", deyən Barkey MHP-dən səslərin azalmasına diqqət çəkib. O, HDP-yə ən böyük ziyanın PKK-nın yenidən müharibəyə başlaması və atəşkəs qərarını gec elan etməsiylə baş verdiyini düşünür.

CHP-nin səslərinin sadəcə 100 min atmasının isə 5 ay müddətində fürsəti düzgün qiymətləndirmədiyini göstərdiyi düşünən Barkey ana müxalifət partiyasının uduzanlar arasında olduğunu qeyd edir. Siyasətə qatılacağı gözlənilən Abdullah Gül də daxil olmaqla Gülən camaatını da məğlub olanlar arasında görən Barkey artıq güclü Ərdoğan erasının başlayacağını deyir.

Ədalət və İnkişaf Partiyasını dördüncü dəfə təkbaşına hakimiyyətə gətirən seçkidən sonra hökumət kürd məsələsini həll etməyə, daha inamlı bir iqtidar partiyası olaraq yenidən fəaliyyətə başlayacağını düşünən Barkey hökumətin PYD-yə qarşı daha sərt siyasət aparacağını təxmin edir.

Yaxın Şərq üzrə ekspert Henri Barkey bu seçkinin nəticəsinin son vaxtlar Türkiyə hökuməti ilə Amerika arasında getdikçə çətinləşən əlaqələrin daha da dərinləşdirəcəyini ehtimal edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG