Accessibility links

Vaşinqtondakı Türkiyə səfirliyi önündə zorakılığa görə iki türk amerikalı həbs edilib


14 nəfər axtarışdadır

Bu gün Vaşinqton şəhər polisinin keçirdiyi mətbuat konfransında 9 nəfərin yaralanmasına səbəb olan insidentlə bağlı 16 nəfərin axtarışda olduğu bəyan edilib. Onların adları və şəkilləri nümayiş etdirilib.

Polis rəisi Peter Nyuşem bildirib ki, çəkilən videolardan qanun-mühafizə orqanları şübhəliləri müəyyən edə bilib.
13 kişi və 1 qadın axtarışdadır.

Prezident Rəcəp Tayyip Ərdoğanın keçən ay Vaşinqton səfəri zamanı Türkiyə səfirliyi önündə keçirilən aksiyada etirazçılara tədbiq edilən zorakılığa görə iki türk amerikalı həbs edilib.

Amerikanın Səsinin Türkiyə xidmətinin çəkdiyi video Ərdoğanın təhlükəsizlik xidməti və dəstəkçilərinin etirazçılardan ibarət kiçik qrupa hücum çəkməsini nümayiş etdirir. Kadrlarda qara kostyumlu kişilərin yerdə uzanmış etirazçılara qarşı qəddarlığı da aydın görünür.

Polisin müdaxiləsinə baxmayaraq, kostyumlu kişilər etirazçıların arxasınca parka tərəf qaçmış və hücumlarına davam etmişlər.

Vaşinqtonun polis rəsmilərinin qısa bəyanatında bildilir ki, aksiya zamanı zorakılıq etmiş Sinan Narin Virciniya ştatında, Eyub Yıldırım isə Nyu Cersi ştatında həbs edilib. Həmin şəxslərin Ərdoğanın dəstəkçiləri, və ya etirazçılar olduğu aydın deyil.

Keçən aykı hadisədən dərhal sonra Türkiyə səfirliyi prezidentin mühafizəçilərinin “özlərini müdafiə etdiyini” və etirazçıların PKK ilə əlaqəli olduğunu bəyan etmişdi.

Bu gün Vaşiqnton şəhər polisinin keçirdiyi mətbuat konfransında 9 nəfərin yaralanmasına səbəb olan insidentlə bağlı 16 nəfərin axtarışda olduğunu bəyan edilib. Onların adları və şəkilləri nümayiş etdirilib.

Polis rəisi Peter Nyuşem bildirib ki, çəkilən videolardan qanun-mühafizə orqanları şübhəliləri müəyyən edə bilib.
13 kişi və 1 qadın axtarışdadır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG