Türkiyənin kürdlərin çoxluq təşkil etdiyi Diyarbəkir şəhəri kürd üsyançılarının münaqişə mərkəzi olduqdan sonra ötən on ildə sülhün bərpasından faydalanmağa başlamışdı. Şəhər artıq çiçəklənir və inkişaf edirdi. Ancaq son zamanlar artan şiddətli etirazlar bu inkişafları sual altına alıb.
Diyarbəkirdəki tikintilərin artması Türkiyə höküməti ilə kürd üsyançı qrupu PKK arasındakı atəşkəsdən bəhrələnmənin bariz nümunəsidir.
2007-ci il nikbinlik əhvalının başlanğıcı idi. O dövrdə hökümət yatırım subsidiyaları verirdi və o zaman sülh prosesi başladı
Prestijli yaşayış kompleksi olan Diyar qüllələri tərtibatçı Əli Qaraqaşın ən son tikinti layihəsidir.
1990-cı illərdə siyasi təzyiqlərlə üzləşəmn ailəsi ilə birlikdə ölkədən qaçan Qaraqaş İsveçdə böyüyüb. Lakin sülh ümidləri və bununla bərabər biznes imkanları onu ölkəyə geri gətirib.
“2007-ci il nikbinlik əhvalının başlanğıcı idi. O dövrdə hökümət yatırım subsidiyaları verirdi və o zaman sülh prosesi başladı. Bu iş adamı kimi bizə ümid verdi. Diyarbəkir sıx əhalisi olan böyük bazardır. Orada yaşayış yeri ehtiyacları artır”.
UNESCO Diyarbəkirin məşhur şəhər divarlarını ümumdünya irsi hesab edir və bu, yaxın gələcəkdə şəhərə gələn turistlərin sayının sürətlə artmasına səbəb ola bilər.
Şəhərin qədim məhəlləsi canlanır. Bir zaman hökümət qüvvələri və üsyançılar arasındakı döyüşlərin olduğu arxa küçələrdə indi kafelər açılır.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) insanların rifahının yüksəldiyi zaman heç kəsin münaqişə istəmədiyini bildirir. Ona görə də, AKP-nin Diyarbəkirdən olan milli komitə üzvü Fatma Öncü iqtisadi inkişafın əsas prioritet olduğunu bildirir.
“Biz hökümətin siyasətinin təsirlərini nəzərə almalıyıq. İqtisadi baxımdan bu siyasətə vergi güzəştlərindən tutmuş digər yardımlar daxildir. Bunların inkişafa böyük təsiri olub”.
Ancaq çox az adam sülhdən yararlana bilib. Şəhərin Bağlar rayonunda PPK ilə döyüş zamanı təhükəsizlik qüvvələri tərəfindən kəndlərindən çıxarılmış insanlar yaşayır.
Kürdpərəst qrupları bir arada toplayan DTK təşkilatının PKK ilə əlaqəsi var.
Bu təşkilat siyasi güzəştlər olmadan iqtisadi inkişafın regiona sülh və stabillik gətirməyəcəyinə inanır. Partiyanın həmsədri Hilmi Aydoğdu bunun şəxsiyyət və mədəniyyət məsələsi olduğunu qeyd edir.
Sülh prosessin dayanması başqa şeylərdən savayı bizim üçün ticarətin sonu olacaq. Hazırda bizim vəziyyətimiz müsbətdir. İnsanlar istehlak edir və daha təhlükəsiz şəraitdə alış-veriş edir. Sülh prosesi dayandırılsa təhlükəsizlik hissi itəcək və ticarət azalacaq
“Bu Konstitusiyanın müdafiəsi altında demokratik haqların təmin olunması məsələsi idi. Bu tələbatların qarşılanmadığı halda təkcə iqtisadi zənginlik və dinclik regiondakı reallığı dəyişdirə bilməz.”
Bundan əlavə, Diyarbəkirdə oktyabrdan bəri yenidən siyasi zorakılıqlar başlayıb. Şəhərdə baş verən döyüşlər zamanı 50 nəfər həlak olub.
“Sülh prosesinin dayanması başqa şeylərdən savayı bizim üçün ticarətin sonu olacaq. Hazırda bizim vəziyyətimiz müsbətdir. İnsanlar istehlak edir və daha təhlükəsiz şəraitdə alış-veriş edir. Sülh prosesi dayandırılsa təhlükəsizlik hissi itəcək və ticarət azalacaq.”
Bir zaman Diyarbəkir regionda ən varlı və çiçəklənən şəhər idi. Daimi sülhün şəhərə əvvəlki zənginliyi geri qaytaracağına dair ümidlər böyükdür. Ancaq sülh prosesi kimi, bu ümidin gələcəyi də şübhə altındadır.