Accessibility links

Türkiyə qüvvələri Suriyada Afrinə daxil olub


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin quru qüvvələrinin Suriyada kürdlərin anklavı olan Afrinə daxil olduğunu təsdiq edib.

Rəsmi Ankaranın bundan öncə Türkiyənin döyüş təyyarələrinin ABŞ-ın dəstəklədiyi kürd hərbi dəstələrini sərhəd regionundan çıxarmaq məqsədilə Afrində onların mövqelərinə hücum etdiyini bildirməsindən sonra danışan Ərdoğan əməliyyatın “qısa zamanda başa çatacağına” ümid etdiyini deyib.

Ərdoğan həmçinin Türkiyədəki kürdlərə etiraz edərək küçələrə çıxmamaq barədə xəbərdarlıq edib və kürdlərin partiyasının çağırışlarını dinləyənlərin “bunun bədəlini ödəyəcəyini” əlavə edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə tərəfindən terrorçu təşkilat kimi tanınan və Birləşmiş Ştatların dəstəklədiyi Suriya kürdlərinin YPG hərbi dəstələri şiddətli döyüşlərdən sonra Türkiyə qüvvələri və onların müttəfiqlərinə müqavimət göstərdiyini bildirib.

YPG Türkiyə silahlı qüvvələrinin artilleriya və hava hücumlarının bəzi kəndlərə zərbə endirməyə davam etdiyini bildirib. YPG-nin Afrində sözşüsü Birustk Hasaka deyib ki, Türkiyə hərbi qüvvələri və onların Suriya üsyançıları arasında müttəfiqlərinə qarşı Afrinin şimal və qərb hissəslərində şiddətli döyüşlər gedir.

Türkiyə Suriyada yeddi ilə yaxındır gedən müharibədə yeni cəbhəni şənbə günü Ankaranın “Zeytun budağı əməliyyatı” adlandırdığı hərbi əməliyyatlara başladığı zaman açıb. Türkiyənin döyüş təyyarələri Afrində YPG-nin mövqelərinə havadan hücumlar edib.

Afrin, Suriya
Afrin, Suriya

Türkiyə ABŞ tərəfindən dəstəklənən döyüşçüləri müttəfiqi olan Vaşinqtonla münasibətlərin ən gərgin olduğu bir vaxt hədəf alır.

Rəsmi Ankara YPG-ni otuz ildir Türkiyənin əsas etibarilə kürdlərin yaşadığı cənub-şərq bölgəsində silahlı mübarizə aparan fəaliyyəti qadağan olmuş Kürdüstan Fəhlə Partiyası (PKK)-nın bir qolu hesab edir. Birləşmiş Ştatlar isə YPG-ni Suriyada İslam Dövləti qrupuna qarşı mübarizədə efffektiv tərəfdaş hesab edir.

Türkiyənin baş naziri Binali Yıldırım Haber Türk kanalına bildirib ki, Türkiyə hərbi qüvvələri 30 kilometrlik təhlükəsizlik zonası yaradacaq.

Suriya üsyançılarının komandirinin bildirdiyinə görə, YPG-nin iki il əvvəl ələ keçirdiyi ərəb şəhərləri və kəndlərinin azad edilməsi əməliyyatında Azad Suriya Ordusunun 25 min üzvü iştirak edir.

Mayor Yasir Əbdul Rahim bildirib ki, üsyançılar əsas etibarilə kürdlərin yaşadığı Afrin şəhərinə daxil olmağa cəhd etmir, lakin şəhəri mühasirəyə alıb, ona nəzarət edən YPG-ni oradan çıxarmağa çalışır.

Türkiyənin “Zeytun budağı əməliyyatı” adlandırdığı bu hücumlar prezident Rəcəb Tayyib Ərdoğan və onun kabinetinin nazirlərinin Suriyada YPG-yə qarşı bir neçə həftədir etdikləri xəbərdarlıqlarının ardınca həyata keçirilib. Türkiyə Birləşmiş Ştatlarn Suriyanın şimal-şərqində YPG-nin başçılığı ilə Suriya Demokratik Qüvvələrinin nəzarətində olan hissələrində 30 min personala təlim verməyi planlaşdırdığını elan etməsini qəzəb hissi ilə qarşılayıb.

XS
SM
MD
LG