Accessibility links

Türkiyə Suriyadan ölkə ərazisinə kürdlərin hücum edə biləcəyindən narahatdır


Suriya hökumətinin ölkənin şimalında nəzarəti tədricən itirməsi Türkiyənin narahatlıqlarının artmasına səbəb olur

Türkiyə rəsmiləri Suriya hökumətinin şimal bölgələrdə nəzarəti əldən itirməsinə nəticəsində kürd üsyançılarının Türkiyə ərazisinə hücumlar həyata keçirə bilməsilə bağlı narahatlıqlarını ifadə edir.

Kürdüstan Fəhlə partiyası PKK 30 ilə yaxındır Türkiyədə əss etibarilə kürdlərin yaşadığı cənub-şərq bölgələrində separatçı üsyançı fəaliyyət göstərir. Son üç gün ərzində Türkiyənin şərqində toqquşmalar nəticəsində 22 PKK yaraqlısı qətlə yetirilib. Bu səbəbdən rəsmi Ankaranın Suriyada kürd qrupların fəaliyyətini gücləndirə bilməsi ilə bağlı narahatlıqları artır.

PKK ilə əlaqəsi olan Suriya Demokratik Birlik partiyası Suriya-Türkiyə sərhəddinin 900 kilometrlik ərazisində nəzarəti ələ keçirdiyi bildirilir. Sərhəddin hər iki tərəfində yaşayan çox sayda etnik kürd həm siyasi və iqtisadi cəhətdən, eyni zamanda, kriminal fəaliyyətlərlə bir-biri ilə bağlıdır.

Türkiyə təhlilçiləri prezident Bəşar Əl-Əsədin Suriya kürdləri və başqa azlıqların hüquqlarını pozduğunu və Türkiyənin onların vətəndaş hüquqları uğrunda mübarizəsinin əleyhinə olmadığını bildirir.
İ
stanbulda Bahçeşehir universitetində təhlilçi Ercan Citlioğlunun sözlərinə görə, Suriya kürdləri Əsəd rejimi dövrü hüquqlardan məhrum olub. “Kürdlərin səsvermə hüququ yox idi, onlar vəzifələrə seçilə bilməzdilər. Onların səfər etmək və əmlaka sahib olmaq hüququ yox idi. Bu, insan haqları məsələsidir. Türkiyə bunun əleyhinə deyil”-deyə o bildirir.

Lakin Citlioğlu deyir ki, Suriyanın şimalında üsyançı qrupların təşkili Türkiyə üçün başlıca problemdir. Onun sözlərinə görə, Ankara hər hansı terror fəaliyyətinin, PKK-nın Suriya kürdləri ilə hər hansı mümkün əməkdaşlığının və Türkiyəyə hücumlar həyat keçirmək üçün Suriyada imkan yaradılmasına reaksiya göstərəcək.

Suriya Demokratik Birlik partiyasının lideri Saleh Məhəmməd Muslim Amerikanın səsinə Türkiyənin əbəs yerə narahat olduğunu deyib. “Bzim məqsədimiz insanları bu qanlı dövr müdafiə etmkədən ibarətdir. Biz Türkiyənin düşmənləri deyilik və onların düşməni olmaq istəmirik”-deyə o bildirib.

Türkiyə İqtisadi Araşdırmalar Fondunda təhlilçi Nihat Əli Özcan deyir ki, PK-nin sıralarına götürülən yeni insanların 20 faizini Suriyadan gələnlər təşkil edir. O bildirir ki, qrupun Suriya kürdləri üzərində nəzarəti Dəməşqdə mərkəzi hökumət zəiflədikcə artmağa davam edir.

İraqın yarı-muxtar kürd regionunda da eyni vəziyyət müşahidə edilir. Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu bu həftə İraqın şimalına səfər edərək, İraq kürdlərinin lideri Məsud Barzani ilə görüşüb. Kürdüstanın regional hökumətinin PKK və Suriyada Demokratik Birlik partiyası ilə gizli razılaşmalar imzalaması haqda xəbərlər son zamanlar gərginliyin artmasına səbəb olmuşdur.

Təhlilçi Ercan Citlioğlu Amerikanın səsinə bildirib ki, cənab Barzani Türkiyəyə arxasını çevirməmək üçün kifayət qədər təcrübəli siyasətçidir. Onun sözlərinə görə, Davutoğlunu Barzani ilə danışıqları bütün şübhələrə aydınlıq gətirəcək. “Türkiyə İraq kürdləri üçün əhəmiyyət kəsb edir və ümid etmək olar ki, Barzani Türkiyəni qıcıqlandırmaq istəməyəcək”-deyə o bildirib.

Özcan həmçinin deyib ki, Türkiyə İraqın şimalında investisiyalar edib, regionda Türkiyə kəmərləri vasitəsilə təbii neft və qazın beynəlxalq bazara nəqlinə ehtiyac var. Türkiyə hökuməti də onun fikrincə, Barzaniyə bir tərəfdaş kimi baxır.

Lakin təhlilçinin fikrincə, Suriyada sonra inkişaflar onun PKK-ya dəstək verməsi haqda şaiyələrin yayılmasına səbəb olsa da, o, Barzaninin məsələləri həll edə biləcəyinə inanır.
XS
SM
MD
LG