Türkiyə baş naziri Əhməd Davutoğlu şənbə günü bildirib ki, Ankaranın səyləri nəticəsində suriyalıların dəniz yolu ilə Yunanıstana gündəlik miqrant axını azalaraq noyabr-aprel aylarında 6000-dən 130-a enib.
Cənab Davutoğlu bu sözləri Almaniya kansleri Angela Merkel və Avropa Şurasının prezidenti Donald Task ilə keçirdiyi görüşdən sonra Türkiyə-Suriya sərhədi yaxınlığındakı Qaziantep şəhərində deyib.
Merkel və Task Yunanıstana çatmış qaçqınların Avropa İttifaqının 7 milyarda yaxın ABŞ dolları yardımı qarşılığında Türkiyəyə qaytarılması razılığının şərtlərini müzakirə ediblər.
Davutoğlu həmçinin humanitar təşkilatların Türkiyənin zor tətbiq edərək müharibədən qaçmış Suriya mühacirlərini geri qaytarması ittihamlarını da rədd edib: “Heç bir qaçqın öz iradəsinin əleyhinə olaraq Turkiyədən Suriyaya göndərilməyib”.
Merkel bu səfəri miqrasiya və eləcə də insan hüquqları məsələlərinin "çox açıq və səmimi şəkildə" Türkiyə liderləri ilə müzakirəsi imkanı kimi dəyərləndirib.